Babası faşist nökəri, arvadı “çirkli pullar” yuyucusu: Paşinyanın terrorçulara sığınma sirri açılır
Ermənistan hazırda bir faşist tulasının nəvəsi tərəfindən idarə olunur... Belə bir baş nazirin başının içərisində faşist ideologiyasının dolaşması və onun terrorçularla qaynayıb-qarışması qətiyyən təəccüblü deyil...
Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyanın davranışlarında və qəbul etdiyi qərarlarda müəmmalı məqamlar kifayət qədər çoxdur. Xüsusilə də, onun bir müddət öncə qəbul edilməsinə nail olduğu “könüllü silahlı dəstələr”in yaradılması barədə qanun çox ciddi suallar doğurmaqdadır.
Məsələ ondadır ki, ötən yazımızda da qeyd etdiyimiz kimi, bu qanun Paşinyan hakimiyyətinə xarici ölkələrdən gətirilmiş və gətiriləcək muzdlu erməni terrorçularını silahlandıraraq, öz siyasi məqsədləri üçün yararlanmaq imkanı açır. Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti payız aylarında baş qaldıra biləcək sosial-siyasi etiraz dalğasından qorunmaq üçün muzdlu terrorçuların vasitəsilə aksiyaları dağıtmaq niyyətindədir.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti artıq məhz muzdlu terrorçulara sığınmaq məcburiyyətində qalıb. Çünki dilənçiliklə formalaşan Ermənistan büdcəsinin son iki ildə müxtəlif maliyyə fırıldaqları ilə talan edildiyi barədə yerli mətbuatda ağır ittihamlar gündəmə gətirilməkdədir.
Xüsusilə də Paşinyan ailəsinin bir çox tender layihələrini öz yaxın ətrafına rüşvət əvəzində “hədiyyə” etdiyi iddia olunur. Baş nazirin ətrafında böyük rüşvət və korrupsiya şəbəkəsinin formalaşdığı vurğulanır. Əldə olunan külli miqdarda “çirkli pullar”ın isə ölkə xaricinə çıxaldığı bildirilir.
Maraqlıdır ki, yerli mətbuatın iddialarına görə, baş nazir N.Paşinyan öz ətrafında yaratdığı rüşvət və korrupsiya şəbəkəsinə Anna Hakopyana da önəmli rol ayırıb. Belə ki, baş nazirin xarici ölkələrə çıxarılan “çirkli pullar”ın sonrakı taleyini məhz arvadı Anna Hakopyana etibar etdiyi vurğulanır.
İddialara görə, Anna Hakopyan bu işin öhdəsindən layiqincə gəlməkdədir. Belə ki, yerli mətbuat Anna Hakopyanın “çirkli pullar”ın yuyulması üçün Kanadada öz cinayətkar şəbəkəsini qurduğu bildirilir. Kanadada “çirkli pullar” leqallaşdırıldıqdan sonra Anna Hakopyanın nəzarətində olan xüsusi bank hesablarına toplanır.
Belə anlaşılır ki, Ermənistanın hakim ailəsi gələcək üçün ehtiyat tədbirləri görməkdədirlər. Onların dövlət büdcəsini talan etdikləri bir dövrdəsə, Ermənistan əhalisi “aclıq və səfalət bataqlığı”na doğru sürüklənir. Ölkədə sosial-siyasi narazılıqlar böhranlı həddə yaxınlaşır. Və yerli mətbuat sosial narazılıqların payız aylarında “siyasi partlayışa” yol aça biləcəyini proqnozlaşdırır.
Belə vəziyyətdəsə, Paşinyan hakimiyyəti üçün ən yaxşı müdafiə variantı muzdlu terrorçulara sığınmaqdır. Baş nazir də məhz mümkün “sosial partlayış” təhlükəsinə indidən hazırlaşmağa başlayıb. Artıq xeyli müddətdir ki, ASALA-nın varisi olan “Sasna Tsrer” terrorçu qruplaşmasının üzvləri Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda yerləşdirilib. İndisə, N.Paşinyan həm onların, həm də xarici ölkələrdən gətirmək niyyətində olduğu digər erməni terrorçularını paytaxt İrəvanda yerləşdirilməsi üçün özünə hüquqi əsaslar yaradır.
Əlbəttə, bir siyasətçinin, həm də bir “ölkə”nin baş naziri olan şəxsin muzdlu terrorçulara sığınması normalda təəccüb doğurmalıdır. Ancaq baş nazir N.Paşinyanın “terrorçu sevdası” qətiyyən təəccüblü deyil. Çünki bu adamın genlərində terrorçuluq var.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin faşist xisləti heç kəsə sirr deyil.
Bu adam baş nazir kreslosuna oturduğu gündən, Ermənistanda onsuz da mövcud olan faşizm ideoligiyasını daha da inkişaf etdirərək, dövlət siyasəti səviyyəsinə qaldırıb. Qaregin Njde, Dro kimi faşist tulalarının “qəhrəman”laşdırıldığı bu ölkədə Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək, onlara səcdə olunmasına bəraət qazandırır.
Maraqlıdır ki, yerli və Rusiya mənbələri Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxsin faşistlərin nəsil davamçıları olduğunu iddia edirlər. Həmin iddialara görə, Ermənistanı ələ keçirmiş bu şəxslər öz genetik ailə bağları ilə faşizm ideyalarına sadiq olmaları ilə hətta fəxr edirlər.
Onu da qeyd edək ki, N.Paşinyanın doğma babasının da faşist olması artıq sübuta yetirilmiş bir həqiqətdir. Onun babasının irqi amilə görə yəhudilərin faşistlər tərəfindən kütləvi şəkildə məhv edilməsində iştirakına dair inkaredilməz faktlar mövcuddur.
Onu da qeyd edək ki, bu barədə hətta Ermənistanın “iravunk.am” saytı məlumat yayıb. Həmin məlumatda bildirilir ki, baş nazir N.Paşinyan öz babası - 1913-cü il təvəllüdlü Nikol Vartanoviç Paşinyanın fotosunu paylaşaraq, onun İkinci Dünya Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd etməsindən sonra dəhşətli sirrin üstü açılıb. Və Nikol Vartanoviç Paşinyan nasist ordusu sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşdüyü barədə sənədlər ortaya çıxarılıb.
İkinci Dünya müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Sovet hərbçiləri haqqında informasiyaların ümumiləşdirilmiş elektron https://obd-memorial.ru/ saytı Paşinyanın babasının faşistlərə xidmət etdiyini sənədlərlə təsdiqləyir:
"Nikol Vartanoviç Paşinyan
Doğum tarixi: 23.12.1913;
Döğum yeri: Ermənistan, Yenokavan;
Taleyi: düşmənlə əməkdaşlıq edib, öldürülüb;
Ölüm tarixi: 29.09.1943”.
Göründüyü kimi, N.Paşinyanın öz babası barədə təqdim etdiyi informasiyalar və axtarış sisteminin məlumatları tamamilə bir-birinə uyğun gəlir. Ermənistan baş nazirinin babasının faşistlərin əli qanlı tulası olduğu, adıçəkilən saytın yaydığı Almaniya hesablı mənbələrə aid olan sənədlərlə də təsdiqlənir.
Eyni zamanda, "Yerevan.today” nəşri də vurğulayıb ki, İkinci Dünya müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Sovet hərbçiləri haqqında informasiyaların ümumiləşdirildiyi elektron məlumat bankı N.Paşinyanın babasının faşistlərə xidmət etdiyini rəsmi sənədlərlə təsdiqləyir.
Həmin məlumat bazası Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Və məlumat bazasında Sovet arxivlərindəki sənədlərdən ibarət 37 milyon qeyd var. Arxiv sənədlərində qeyd olunub ki, Ermənistanın Tavuş rayonunun Yenokovan kəndindən olan Nikol Vartanoviç Paşinyan 1943-cü ildə Almaniya Vermaxtının erməni legionunda sovet ordusuna qarşı döyüşlərdə öldürülüb.
Maraqlıdır ki, baş nazir N.Paşinyanın “qəhrəmanlığı” ilə fəxr etdiyi babasının hərbi cinayətləri ilə bağlı daha müfəssəl məlumatlar da mövcuddur. Belə ki, Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, faşist tulası Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşdüyü ilə yanaşı, onun Ukraynanın indiki Jitomir vilayətində düşmənlə əməkdaşlıq etdiyi bildirilir.
Jitomir vilayətində yaşayan yəhudi əhalini faşistlərin SS cəza qoşunları kütləvi şəkildə qırıblar və Ermənistanın indiki baş nazirinin babasının bu kütləvi qırğınlarda birbaşa iştirak etdiyi iddia olunur. Belə ki, Ermənistanın indiki baş nazirinin babası Nikol Vartanoviç Paşinyan Jitomir vilayəti sovet ordusu tərəfindən faşistlərdən azad edilməzdən əvvəl, yəni 29 sentyabr 1943-cü ildə bu vilayətin Zvyaqel kəndində öldürülüb.
Müharibədə Stalinqrad dönüşündən sonra Ukrayna və Belarusda partizan dəstələrinin fəallaşdığı arxiv sənədlərində əks olunub. Hitlerçi-njdeçi Nikol Vartanoviç Paşinyanın da öldürülməsi, ya da xüsusi əməliyyatla qətlə yetirilməsi məhz bu dövrə təsadüf edir. Arxiv materiallarında Nikol Vartanoviç Paşinyanın yerli əhaliyə qarşı törətdiyi hərbi cinayətlərə görə partizanlar tərəfindən cəzalandırıldığı və edam olunduğu bildirilir.
Göründüyü kimi, hazırda Ermənistan bir faşist tulasının nəvəsi tərəfindən idarə olunur. Belə bir baş nazirin başının içərisində faşist ideologiyasının dolaşması və onun terrorçularla qaynayıb-qarışması qətiyyən təəccüblü deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert