Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyanın babasının faşist olduğunu yazan sayt dağıdıldı – FOTOFAKT


Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının 2-ci dünya müharibəsi zamanı faşist Almaniyasına xidmət etməsi haqqında xəbər hazırlayan “İravunk” qəzetinin rəsmi veb-səhifəsinə xaker hücumu olub.
Yenixeber.org: Bu barədə məlumat “İravunk” qəzetinin sosial şəbəkə hesabından paylaşılıb. Bildirilir ki, “iravunk.com” saytına edilən hücum nəticəsində xəbər saytının fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Ermənistanın ən populyar media orqanlarından olan “İravunk” qəzetinin təxminən bir ay əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın  babası haqqında hazırladığı xəbərdə Baş nazirin babasının əslində faşist Almaniyası tərəfindən SSRİ-yə qarşı döyüşdüyü və 1943-cü ildə müharibədə həlak olduğu bildirilib.
Onu da bildirək ki, “İravunk” qəzeti Ermənistanda Rusiyaya bağlılığı, Rober Koçaryana yaxınlığı ilə bilinən bir qəzetdir. Qəzetin sahibi Hayk Babuxanyan adlı siyasətçidir. Vaxtı ilə Koçaryanın partiyasından deputat seçilib. İrəvandakı Rusiya-Ermənistan Universitetinin kafedra müdiridir.  Hər zaman Rusiyanın mövqeyini təbliğ edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam