Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Manat ikivalyutalı səbətə keçdi ?

 

”Bu keçid ixrac qabiliyyətini stimullaşdıracaq” 

Bu gündən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilib.  Qısası, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

 

"Xeberinfo.com":  Məlumata görə, İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında manatın məzənnəsinin birbaşa təkcə dollara deyil, digər valyutalara nəzərən müəyyənləşdirilməsinin artıq uzun müddətdir təklif edildiyini dedi: “Əslində Mərkəzi Bank avroya nisbətən birbaşa məzənnə müəyyənləşdirəcək. Artıq avronun dollara nisbətən məzənnəsinin necə dəyişməsi heç də manata nisbətən məzənnəsinin dəyişməsi anlamına gəlməyəcək.  Məsələn, əvvəllər avro dollara nisbətən 5 faiz dəyər qazanırdısa, manata nisbətən də 5 faiz dəyər qazanırdı. Yaxud da, əksinə. Avronun manata kursu çarpaz idi, birbaşa yox. Kurs çarpaz olduğundan  bu, avro ilə manat arasında birbaşa məzənnənin müəyyənləşməsinə imkan vermirdi”.

 

İqtisadçı deyir ki, avronun məzənnəsinin nəzərə alınması ilə bağlı  tapşırıq dövlət başçısının iştirakı ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında verilmişdi: “Həmin konfransda manatın avroya nəzərən məzənnəsinin kəskin möhkəmlənməsinin arzuolunan olmadığını bildirmişdi. Dövlət başçısı əsaslı, innovativ mövqe ortaya qoymuşdu. Bundan sonra Mərkəzi Bank səbət prinsipinə keçdi”.

 

Bu prosesin üstünlüklərinə gəlincə, iqtisadçı deyir ki, bu zaman manatın məzənnəsi təkcə bir valyutadan asılı olmur: “Manatın məzənnəsi müəyyən edilən zaman avrozonadakı dəyişikliklər də nəzərə alınır. İxrac qabiliyyətini stimullaşdıracaq. Eyni zamanda, manatın real dəyərini müəyyənləşdirməyə imkan verəcək”.

 

Maraqlıdır, bəs dəyişiklik manatın məzənnəsinin ucuzlaşmasına gətirib çıxaracaqmı?

 

Suala cavab verən iqtisadçı deyir ki, bunu birmənalı şəkildə proqnozlaşdırmaq çətindir: “Bu, Mərkəzi Bankın həyata keçirəcəyi monetar siyasətdən asılı olacaq. Mərkəzi Bank yumşaq məzənnə siyasətinə daxil olacaqsa, bu zaman manatın dollara, avroya nisbətən məzənnəsinin zəifləməsi müşahidə ediləcək. Yox, bank mövcud məzənnə siyasətini davam etdirərsə, dolların hazırkı kursu dəyişməyəcək. Sadəcə, avroya çarpaz deyil, birbaşa kurs müəyyən ediləcək. Bu halda manatın məzənnəsini sərbəst bazar müəyyənləşdirməyəcək. Proses  yenə də Mərkəzi Bank tərəfindən müəyyən ediləcək. Dünya bazarında bəzən avro dollara nisbətən məzənnəsini itirir, digər valyutalara nisbətən isə dəyər qazanır. Bu da avronun həmin valyutalara məzənnəsinin çarpaz deyil, birbaşa olması ilə bağlıdır. Oxşar situasiyanın Azərbaycanda tətbiqi gözlənilir. Avrodakı dəyişiklik çarpaz deyil, birbaşa manatın məzənnəsində özünü əks etdirəcək”.

 

V.Bayramov deyir ki, səbət prinsipinin istifadə edilməsi heç də manatın dönərli valyutalara nisbətən yumşaldılması anlamına gəlməməlidir.

 

Bivalyuta (dollar\avro) səbətində  bölgünün necə olacağına gəlincə, ekspertin sözlərinə görə, bu, ixracdan asılı olaraq müəyyən olunacaq: “İxracın 60 faizi avro zonanın payına düşür. Amma güman edilir ki, yenə də üstünlük ABŞ dollarına veriləcək. Bu da dünyada yığımların 65 faizinin dollarla olması, strateji məhsulların dollarla satılması ilə bağlıdır. Birmənalı demək olmasa da, valyuta səbətində ağırlıq dollarda olacaq”.

 

Ekspert yumşaq məzənnə siyasətinə keçiləcəyi təqdirdə bunun ölkə iqtisadiyyatına müsbət təsirlərindən də danışıb.

 

Vüqar Bayramovun sözlərinə görə, yumşaq devalvasiya Azərbaycan iqtisadiyyatı üçün müəyyən üstünlüklər vəd edir: “Manatın hiss edilməyəcək şəkildə dəyər itirməsi iqtisadiyyatı stimullaşdıracaq və neftdənkənar bölmədən daha çox məhsul ixrac etməyə imkan verəcək. Hazırda Azərbaycan ixracatının 95%-i neft bölməsinin payına düşür. Neftdənkənar bölmədən daha çox məhsul ixrac etmək üçün manatın devalvasiyasi olduqca vacibdir. Azərbaycanda istehsal edilən malların dünya bazarında rəqabət qabiliyyətli olması üçün yumşaq devalvasiyaya ehtiyac var.

 

V.Bayramov hesab edir ki, bu, həm də Mərkəzi Bankın intervensiya xərclərini azalda bilər: “Mərkəzi Bank manatı sabit saxlamaq üçün bazara ay ərzində 1,5 milyard dollar intervensiya edir. Praktiki olaraq hazırda Mərkəzi Bank manatın sterilizasiyasını həyata keçirir. Həmçinin manatın məzənnəsinin yumşalması dövlət büdcəsinə manatla daxilolmaları artıracaq. Çünki dollarla satılan neftdən əldə edilən gəlirlər büdcəyə manatla oturdulur”. 

 

Bununla belə, o, manatın yumşaq devalvasiyasının mənfi tərəflərinin olduğunu da istisna etmir: “Ölkə əhalisi manata inamı müəyyən qədər itirə bilər və iri alış-verişlərdə yenidən dollara dönüş edə bilər. Bu baxımdan Mərkəzi Bank yumşaq devalvasiya siyasətini həddindən artıq ehtiyatlı aparmalıdır ki, bunu yalnız iş adamları hiss edə bilsin. Yumşaq devalvasiya kredit çantasında manatla verilmiş kreditlərin çoxluq təşkil etdiyi bankların da itkisini artıracaq. Çünki dollar ifadəsində onların verdiyi kreditin dəyəri azalacaq”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam