Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Dollar avronu sıxışdrımağa başlayıb- EKSPERTDƏN AÇIQLAMA

 

Avronun dünya bazarında zəifləməsi manatın da dollara nisbətən dəyərsizləşməsinə gətirib çıxarıb.

Xeberinfo.com:  Məlumata görə , bunu iqtisadçı ekspert Vüqar Bayramov öz Feysbuk hesabında  yazıb. O qeyd edib ki, dollar avronu son günlər sıxışdırmağa başlayıb:

 

“İki həftə əvvəl rəsmi məzənnədə 1 dollar almaq üçün 1,0475 manat ödəmək lazım idisə, hal-hazırda 1.0498 manatdan keçmək lazımdır. Valyuta dəyişmə məntəqələrində isə 1 dollar üçün 1.056 manat tələb edilir. Mərkəzi Bankın iki valyutalı səbətdən istifadə etməsi avronun dollara məzənnəsi əsasında rəsmi kursu müəyyənləşdirməsinə səbəb olur. Bir müddət öncə dünya bazarında 1 avro almaq üçün 1 dollar 14 sent ödəmək lazım idisə, indi bu göstərici 1 dollara 7 sentədək azalıb. Deməli, əksər xarici valyutalara nisbətən möhkəmlənən dollar avronu da son günlər sıxışdırmağa başlayıb. Manat-dollar və avro kursları göstərir ki, valyuta səbətimizdə dolların payı yenə də yüksək olaraq qalmaqdadır. Manatın dollara məzənnəsinin dünya valyuta bazarında baş verənlər fonunda dəyişməsinə baxmayaraq, kursun son həftələr müqayisəli azalması dollara tələbi artırıb”.

 

Ekspert bildirib ki, son rəsmi məzənnələr valyuta bazarına psixoloji təsir göstərir:

 

“Dollar hətta müqayisəli və ya nisbi möhkəmlənsə də, manatın azalan məzənnəsi xarici valyutalara tələbi artırır. Aydındır ki, Mərkəzi Bank isə iki valyutalı səbətdən istifadə etdiyi üçün avronun dollara nisbətən kursunun azalmasını rəsmi məzənnədə nəzərə almalıdır. Amma baş bankda bu dəyişikliklərin valyuta bazarına psxiloji təsirlərinin azaldılması üçün də vətəndaşdaların məlumatlandırılmasına ciddi ehtiyac var. Çünki, dünya bazarında avronun məzənnəsində yeni azalmalar müşahidə edilərsə, bu manatın dollara nisbətən müqayisəli ucuzlaşmasının davam etməsinə gətirib çıxaracaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam