Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Neftin son qiyməti- Azərbaycanın beynəlxalq kredit reytinqinə təsir göstərməyib

Dünya bazarlarında neft qiymətlərinin kəskin səviyyədə aşağı düşməsi səbəbindən aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard ənd Purz” (Standard and Poor’s) agentliyi neft ixrac edən ölkələrin reytinqlərinin növbədənkənar qiymətləndirilməsinə qərar verib.

Yenixeber.org: Maliyyə Nazirliyindən verilən məlumata görə, həmin qiymətləndirmə Azərbaycan Respublikası üçün də aparılıb.

26 mart 2020-ci il tarixində “Standard ənd Purz” agentliyinin yaydığı açıqlamada ölkəmizin beynəlxalq reytinqində hər hansı dəyişikliyin baş vermədiyi əksini tapıb. Belə ki, Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi dəyişməyərək “BB+” səviyyəsində, uzunmüddətli proqnoz isə “sabit” saxladığını təsdiq olunub.

Agentliyin yayımladığı hesabatda Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozun bir daha təsdiq olunması ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına, güclü fiskal mövqeyə (aktivlərə), habelə aşağı xarici borc səviyyəsinə malik olması ilə əsaslandırılıb.

Məlumat üçün bildiririk ki, “Standard ənd Purz” agentliyi ənənəvi olaraq ildə iki dəfə, yanvar və iyul aylarında Azərbaycanın kredit reytinqi üzrə qiymətləndirilməsini aparır və ən son qiymətləndirmə cari ilin 25 yanvar tartixində həyata keçirilib və müvafiq hesabat agentlik tərəfindən dərc olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam