Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanın kredit reytinqi proqnozu mənfidir”

 

“Standard & Poor’s” reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində saxladığını təsdiq etmiş, proqnozunu isə əvvəlki qiymətləndirmədəki kimi “mənfi” saxlayıb.

"Xeberinfo.com":  Məlumata görə, agentlik bildirir ki, ölkənin reytinqi onun güclü xarici mövqeyi ilə dəstələnir. Hesabatda hesabatda reytinqin təsdiq edilməsi enerji qiymətlərinin kəskin enməsi və gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması və ölkənin xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır.
Karbohidrogen ticarətindən asılı olan iqtisadiyyat neftin ucuzlaşmasından ziyan çəkir. İldə neft hasilatı 1-2% azalacaq və ixrac həcmi də azalacaq.
S&P hesab edir ki, kiçik və orta sahibkarlığa dəstək aktual olacaq. Uçot dərəcəsinin 3,5-dən 3%-ə azaldılması kredit artımına ciddi təsir etməyəcək.
Dövlət büdcəsinin kəsiri ÜDM-in 8,9%-i olacaq. 2015-ci ildə dövlət xərcləri planlaşdırılan xərclərin 90%-i qədər təşkil edəcək. ARDNF-nin aktivləri $37 mlrd-dan $33 mlrd-a düşəcək. 2016-cı ildən vəziyyət düzəlməyə başlayacaq.
Əgər qiymət azalması proqnozdan yüksək olsa və ya hökumətin fiskal səyləri nəticə verməsə, 2016-cı ildə Azərbaycanın proqnozu endirilə bilər. Eyni zamanda agentlik bildirir ki, Azərbaycanın xarici mövqeyinin sabit qalacağı və mövcud fiskal mühitin daha da sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər. /”Turan”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam