Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Standard & Poor’s”dan daha bir “neqativ” xəbər

“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə salıb.  

Xeberinfo.com:   “S&P” agentliyinin yaydığı  xəbərə görə, reytinqin yenilənməsi rüblük müşahidələrin bazasında Agentliyin proqramı əsasında həyata keçirilib. Agentlik Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib, proqnozun aşağı salınmasını isə ölkə iqtisadiyyatının zəifləməsi ilə əsaslandırıb.

“S&P” bildirib ki, 2016-cı ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatının inkişaf tempi Agentliyin proqnozlaşdırdığından xeyli aşağı olub. Belə ki, Agenlik daha əvvəl Azərbaycan iqtisadiyyatının 1% azalacağını proqnozlaşdırmışdı (faktiki azalma – 3,4%). Agentlik, 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 3% azalacağını, iqtisadi artımın isə 2017-ci ildə başlaya biləcəyini, bunun da böyük çətinliklərlə üzləşəcəyini ehtimal edir.

“NEQATİV NƏTİCƏLƏRİ OLA BİLƏR”

“S&P” Azərbaycanın zəif iqtisadi göstəricilərinin daha qabarıq üzə çıxdığını, 2017-ci ildə proqnozlaşdırdığı 3% iqtisadi artımın həyata keçməməsi halında bunun neqativ nəticələrinin olacağını xatırladıb. Agentliyin analitikləri hesab edirlər ki, həyat standartlarının aşağı düşməsi gələcəkdə dövlətin fiskal çevikliyini zəiflədə bilər. Çünki, hökumətin sosial və siyasi baxımdan xərcləri qaçılmazdır. Bu da öz növbəsində onsuz da həssas olan bank sisteminə əlavə yük yarada bilər. Bu səbəblərə görə Agentlik Azərbaycanın reytinqini aşağı sala biləcəyini qeyd edir.

“S&P” Azərbaycanda bu il ehtimal olunan 3%-lik iqtisadi geriləmənin qısamüddətli olacağını, “Şahdəniz-2” layihəsinə xarici investisiyaların dəstəyi nəticəsində 2017-ci ildə iqtisadi artıma nail olunacağını düşünür. Agentlik 2017-ci il üçün 0,8%, növbəti iki ildə isə müvafiq olaraq 3% və 4% iqtisadi artım proqnozlaşdırır.

“S&P” 2016-cı ildə Azərbaycanda 59 mlrd. manat, 2017-ci ildə 64 mlrd. manat, 2018-ci ildə 71 mlrd. manat və 2019-cu ildə 77 mlrd. manat nominal ÜDM-in istehsal olunacağını ehtimal edir. ABŞ dollarında isə nominal ÜDM-i Agentlik 2016-2019-cu illərdə müvafiq olaraq 38 mlrd. manat, 41 mlrd. manat, 45 mlrd. manat və 49 mlrd. manat olacağını proqnozlaşdırır. Bu da Agentliyin dolların ortaillik rəsmi məzənnəsinin 2016-cı ildə 1,5526 AZN/USD, 2017-ci ildə 1,5609 AZN/USD, 2018-ci ildə 1,5777 AZN/USD, 2019- cu ildə isə 1,5714 AZN/USD olacağını ehtimal etdiyini göstərir.

“S&P” Azərbaycanın real ixrac həcminin 2018-ci ildən etibarən artacağını qeyd edir – həmin il ixracda 3,8%, 2019-cu ildə 5,5% artım gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam