Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Banklarımız beynəlxalq reytinq agentliklərində mövqelərini itirir

samir_eliyev_3

Samir Əliyev: “Neft əgər uzun müddət indiki səviyyədə qalarsa, banklarımızın mövqelərinin “mənfi”yə düşməsi ehtimalı artacaq”

"Xeberinfo.com":  Azərbaycanın bank sektoru neftin dünya bazarlarında ucuzlaşmasının, o cümlədən devalvasiyanın neqativ təsirlərini hiss etməkdədir. Banklarımız bir-birinin ardınca beynəlxalq reytinq agentliklərində mövqelərini itirirlər. Ən yaxşı halda isə mövqelərini müvəqqəti də olsa qoruya bilirlər. Ekspertlərin sözlərinə görə, çətinliklə “pozitiv” mövqeyə yüksəlmiş banklarımız yenidən aşağı “sabit”ə endirilir. Əsas səbəb kimi aktivlərin pisləşməsi, valyuta mövqelərinin pozulması, problemli kreditlərin artmasıdır. Ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycanın suveren reytinqinin pisləşməsi də bankların mövqeyinə zərbə vurur.

“Martın 19-da “Standard and Poors” reytinq agentliyi “Muğanbank” ASC-nin reytinqini “pozitiv”dən “sabit”ə salıb. Bankın uzunmüddətli və qısamüddətli reytinqi “В-/С” səviyyəsində saxlayıb. Digər bankın- “Pasha Bank” ASC-nin reytinqi “sabit” saxlanılıb. Uzunmüddətli və qısamüddətli reytinqi isə “BВ-/B” səviyyəsində təsdiq edilib. “Pasha Bank”ı kredit portfelində yüksək konsentrasiyanın olması xüsusilə narahatçılıqla qeyd edilir. Belə ki, bankın 20 kredit müştərisinin ümumi kredit portfelində payı 73 faiz təşkil edir və bu, çox risklidir”,- deyə S.Əliyev qeyd edib.

Onun sözlərinə görə, neftin ucuzlaşması fonunda yanvarın 30-da Azərbaycanın suveren reytinqinin “sabit”dən “mənfi”yə salınması (reytinq ВВВ-/А-3) bankların reytinqinin təsdiqində mənfi təsirini göstərib: “Martın 11-də Fitch agentliyi 6 bankımızın reytiqini nəzərdən keçirib. Agenlik Unibank və Dəmirbankın reytinqini “pozitiv”dən “sabit”ə salıb. AGBank və Bank Technique isə “mənfi” təsdiq edilmişdi. Expressbank və Atabankı isə “sabit”də saxlayıb. Ötən ay Moody`s agentliyi Beynəlxalq Bankın və VTB Bankın reytinqini “mənfi”yə endirmişdi. Yaxın gələcəkdə bankların reytinqlərinin zədələnməsi davam edəcək. Digər banklarının mövqelərinin zəifləməsi, ən yaxşı halda mövqelərinin artmaması müşahidə ediləcək. Neft əgər uzun müddət indiki səviyyədə qalarsa, banklarımızın mövqelərinin “mənfi”yə düşməsi ehtimalı artacaq”.

S.Əliyevin sözlərinə görə, reytinq agentliklərinin açıqlamaları göstərir ki, bank sektorunu gələcəkdə böyük çətinliklər gözləyir: “Proqnozlara görə, aktivlərin pisləşməsi davam edəcək, problemli kreditlərin həcmi artacaq, ölkədə iqtisadi aktivlik azalacaq. Bu isə bankların gələcəkdə mövqelərinin aşağı düşməsini şərtləndirəcək. Eyni zamanda hesabatlarda hökumətin dəstəyinin verilməsinin vacibliyi qeyd edilir və bankların mövqelərinin qorunmasında bu amil əsas kimi göstərilir”.(musavat.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam