Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“Yaxın gələcəkdə Rəşt-Astara – Astara dəmir yolu xətti tikilib istifadəyə veriləcək” – Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafına dair İşçi Qrupun dördüncü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya, Belarus, İran və Hindistan dəmir yollarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Yenixeber.org: Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda deyilir.

QSC-nin sədri bildirib ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktı 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb.

Azərbaycan bu sazişə beş il sonra – 2005-ci ildə qoşulub. Sonrakı illərdə ümumilikdə 13 dövlət bu sazişə imza ataraq, ratifikasiya edib.

C.Qurbanovun sözlərinə görə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas məqsədi, ilk növbədə, cənubdan – Hindistandan başlayaraq Rusiya, Şimali və Qərbi Avropa, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdır. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran İslam Respublikası-Körfəz ölkələri və s. üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur.

“Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə çatdırılmasıdır. Hazırkı marşrut üzrə (Süveyş kanalı) malların çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin 14-20 günə endirilməsi gözlənilir”, – “Azərbaycan Dəmir Yolları”nın sədri bildirib.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixi kökləri və müasir inkişafından danışan Cavid Qurbanov fərqli coğrafi məkanları yaxınlaşdıracaq bu dəhlizin iqtisadi cəhətdən əhəmiyyətindən danışıb.

O, həmçinin bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin martında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub. Bu il martın 6-da isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub.

“Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar ölkələrimizin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək”, – C.Qurbanov bildirib.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Vyaçeslav Pavlovski dəmir yolunun ekoloji cəhətdən effektivliliyinə diqqət çəkib. Dəmir yolları sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində bundan sonra da işlərin davam etdiriləcəyini bildirib.

Görüşdə Belarus Dəmir Yolları sədrinin birinci müavini İqor Şilov, İran Dəmir Yollarının vitse-prezidenti Morteza Cəfəri, Hindistan Konteyner Korporasiyasının (CONCOR) sədri, idarəedici direktoru Kalyana Rama da iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam