Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda "Şimal-Cənub" dəhlizi üzrə işçi qrupunun dördtərəfli görüşü keçirilir

 

Bakıda "Şimal-Cənub" dəhlizi üzrə işçi qrupunun dördtərəfli görüşü keçirilir

Yenixeber.org: Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun dördtərəfli görüşü keçirilir.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, "Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Vyaçeslav Pavlovski, Belarus Dəmir Yolları rəisinin birinci müavini İqor Şilov və İran Dəmir Yolu İdarə Heyətinin üzvü Hüseyn Aşuri iştirak edirlər.

Tədbirdə “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətədavamlı tariflərin yaradılması”, “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması", "Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi”, həmçinin inventar parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması və digər məsələlər müzakirə edilir.

İki gün davam edəcək tədbirin sonunda bir sıra sənədlərin imzalanması gözlənilir.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam