Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıdan Batumi və İstanbula qatarlar işləyəcək

Bakıdan Batumi və İstanbula qatarlar işləyəcək
“Azərbaycan Dəmir Yolları” QSC-də “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka və İtaliyanın “Mercitalia İntermodal” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Yenixeber.org: QSC-dən bildirilib ki, "Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib: "Gürcüstanlı və türkiyəli həmkarlarımızla məsləhətləşmələr aparırıq ki, gələcəkdə Batumiyə, eləcə də İstanbula və Ankaraya qatarların işləməsini təmin edək. Bu, iqtisadi münasibətlərin möhkəmlənməsi çox əhəmiyyətli olardı".

Görüş iştirakçıları hər iki şirkətin təqdimatlarına baxıblar. Sonra potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar- qiymət, tranzitin vaxtı, kontraktlar və bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib. Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.

“İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka bildirib ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün potensial imkanları çoxdur. Sonda anlaşma memorandumu imzalanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam