Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Dünyanın ən varlı bankları bunlardır-Siyahı

“Brend Finans” şirkəti özünün “Bankinq 500” hesabatını dərc edib.

Yenixeber.org: “Banker” jurnalında dərc olunan reytinq cədvəlində dünyanın ən zəngin 500 bankının adı yer alıb. Siyahıya Çinin İCBC bankı rəhbərlik edib. Bankın dəyəri 79,8 milyard təşkil edib.

Ümumilikdə siyahıda ilk dörd pilləni Çin bankları tutublar. İlk onluqda isə 5 Çin bankı, 4 ABŞ və 1 Britaniya bankı yer alıb.

Şirkət Çin banklarının ümumi dəyərinin 407 milyard olduğunu və bunun ABŞ banklarının göstəricisindən 100 milyard çox olduğunu bildirib.

Siyahıda Rusiyanı 5, Türkiyəni 9, İranı isə 1 bank təmsil edib. Bu bankların içərisində ən yüksək pilləni Sberbank tutub. Belə ki, German Qrefin bankı 20-ci pillədə qərarlaşıb. Siyahıda həmçinin VTB Bank (122), Qazprombank (210), Alfabank (286), Promsvyazbank (491) da yer alıb.

Türk banklarına gəlincə, onların sırasında ən yüksək pilləni Ziraət Bankı (146) tutub. Siyahıda Qaranti Bankı (169), İş Bankı (179), Akbank (196), Yapı Kredi Bank (237), Xalq Bank (323), Vəqf Bank (337), Dəniz Bank (352), TEB Banka (481) da yer verilib. İranı siyahıda yalnız Bank Pasarqad (256) təmsil edə bilib.

MDB ölkələrindən siyahıya Rusiyadan başqa yalnız Qazaxıstanın Halk Bankı (308) düşüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam