Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neftin ucuzlaşmasına dair 3 ehtimal

111027_Bad Guys 4

"Xeberinfo.com": Bütün dünyada yeni böhranlar əmələ gəlir, neft qiymətləri isə aşağı düşür. Bunun belə olmasının arxasında Səudiyyə Ərəbistanı və ABŞ-ın dayana biləcəyindən təkcə ruslar şübhələnmirlər. Ancaq əslində həqiqət daha da sadə ola bilər. Gizli sövdələşmələr nəzəriyyəsinin tərəfdarlarının ürəyinin necə güclü döyundüyünü təsəvvür etmək üçün enerji bazarına baxmaq kifayətdir. Bir-birinin ardınca yeni böhranlar meydana gəlir – Ukrayna, Qəzza sektoru, İraqın şimalı, Suriya və s. Neft qiymətləri isə aşağıya yuvarlanır. Əgər bir barel neft iyun ayında 119 dollara satılırdısa, indi o artıq 83 dollar səviyyəsindədir. Nə baş verir?

Bu suala Alnmaniyanın “Die Zeit”qəzetində dərc olunmuş “Heç bir gizli neft sövdələşməsi yoxdur” adlı məqalədə cavab axtaran müəllif, maraqlı iddialarla çıxış edir. Məqalədə bildirilir:

“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev 80-ci illərlə paralellər aparır. Həmin dövrdə neftin kəskin aşağı düşməsi ABŞ tərəfindən provakasiya edilmişdi və buradakı başlıca məqsəd isə neft-qaz ixracından asılı olan Sovet İttifaqını müflisləşdirməkdən ibarət olub. ”Rossiyskoe qazeta”-ya verdiyi müsahibəsində Patruşev bildirib: ”Etiraf etmək lazımdır ki, onda amerikanlar qarşılarına qoyduqları məqsədə nail ola bildilər”.

Buna bənzər hadisə bu gün də baş verirmi? ”Frankufrter Allgemeine Zeitung” qəzetinin yazdığına görə, “Rusiya strateji tədqiqatlar institutu” məsələyə bu cür münasibət bildirib:“Amerika ilə Səudiyyə Ərəbistanı arasındakı sövdələşməyə əsasən onlar neftin qiymətini, daha artıq neft hasil etmək yoluyla aşağı salırlar. Göründüyü kimi, bizə qarşı faktiki baxımdan iqtisadi müharibə elan olunub.”

ABŞ və Səudiyyə Ərəbistanı arasındakı masştablı geosiyası sövdələşməyə Venesuellanın xarici işlər naziri Rafael Ramires də inanır. O, bu barədə deyib: ”Onlar qiymətlərlə manipulyasiya aparmaqla, neft çıxaran ölkələrə problem yaratmaq istəyirlər”. Ancaq o da vardır ki, həmin neft çıxaran ölkələr içərisinə ABŞ və S.Ərəbistanın özləri də daxildir. Onlar bilərəkdən özlərinə zərbə vurmaq istəyərlərmi?

845_x_largeNövbəti gizli sövdələşmə nəzəriyyəsi belədir ki, qiymət mühabirəsini yalnız Səudiyyə Ərəbistanı aparır. Əsas qurban isə İrandır. Əhalisinin böyük əksəriyyəti şiələrdən ibarət olan İran, sünni Səudiyyə Ərəbistanının düşməni sayılır. Tehran nüvə silahı hazırlamağa can atmaqla yanaşı, Yaxın Şərqdə hegemon mövqeyə sahib olmaq fikrindədir.Əslində isə Tehran öz nüvə proqramından imtinaya məcbur edilməsi üçün ona qarşı tətbiq olunmuş Qərb sanksiyalarından güclü şəkildə əziyyət çəkir. Bəlkə Səudiyyə Ərəbistanı bu təzyiqi bir qədər də gücləndirmək istəyir? Tamamilə mümkündür. Ancaq burada üçüncü gizli sövdələşmə nəzəriyyəsi də peyda olur. Sentyabr ayında neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Səudiyyə Ərəbistanı daha çox neft hasil etməyə başlamaqla, əsas hədəf kimi İranı deyil, Amerikanı seçdi. Bu nəzəriyyəyə əsasən, ABŞ özünün slans neft istehsalına görə (frekinq metodu ilə) dünya bazarını baş ayaq qoyub. Hasilatın artırılması sayəsində ABŞ nəinki praktik olaraq idxal asılılığından qurtarıb, həm də bu bazarda aparıcı təsir imkanlarına malik olan Səudiyyə Ərəbistanının rolunu da xeyli zəiflədib. Deməli, onda belə alınır ki, səudiyyəlilər Amerikanın frekinq üsuluna son qoymağı düşünüblər? Həmin nəzəriyyəyə görə, ABŞ-da çıxarılan slans nefti səhradakı quyulardan çıxarılan Səudiyyə neftindən xeyli baha başa gəldiyi üçün qiymətlərin müəyyən səviyyəyə qədər azalması Amerikan biznesinə ziyandır və əgər neftin qiyməti 100 dollar həddindən aşağı olarsa, frekinq üsulu ilə çıxarılan neft rəqabətə davamlılığını itirir. Ancaq amerikanlar frekinq metodunu o dərəcədə təkmilləşdiriblər ki, artıq bir çox istehsalçılar bu gün neftin bir barelinin 70 dollar səviyyəsinə düşməsi halında da rəqabətə tab gətirməyi bacararlar. Belə qiymət müharibəsində isə Səudiyyə Ərəbistanı qalib gələ bilməz.

Bəlkə də gizli sövdələşmələr nəzəriyyəsinin tərəfdarlarının böyük məyusluğuna baxmayaraq, ola bilər ki, hal-hazırda həqiqətən də yalnız sadə bazar mexanizmi işləyir. Yəni təklif çoxdur, tələb isə Avropa və Çindəki iqtisadi konyukturanın pisləşdiyi səbəbindən aşağıya düşüb. Vəziyyətin belə olmasına isə əsasən öz isitmə qurğularını daha ucuz yanacaqla dolduran almaniyalı istehlakçılar sevinməlidirlər. Amma büdcələrinin əksər hissəsi neft-qaz ixracı hesabına formalaşan Rusiya, İran və Venesuela kimi ölkələr çətinliklə üzləşə bilərlər. Ümumiyyətlə isə, əslində məsələ heç də iqtisadi müharibədə deyil.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam