Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Alı Alıyevin növbəti səyyar qəbulu keçirilib

 

"Xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbulu Kərimbəyli  kəndində keçirilmişdir.

Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.

 Alı Alıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. 

Alı Alıyev deyib ki, Kərimbəyli kəndinin işıq, su, qaz yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər.  

Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana poçt məntəqəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir sakin pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarırəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

 

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

​Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.  

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev Prezident cənab İlham Əliyevin rayona  sonuncu səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşüzamanı dediyi sözlərin onun füzulililərə olan hörməti və ehtiramının təzahürü olduğunu vurğulayıb.  Bildirib ki, son bir il 8 ayda ölkə başçısının rayonumuza 2 dəfə gəlməsi cənab İlham Əliyevin füzulililərə olan böyük inamı, füzulililərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam