Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çin iqtisadiyyatı dünyanı dərin böhranla hədələyir

 

China_vvp

      "Xeberinfo.com": “Demək olar ki, dünyanın bütün ölkələri iqtisadi böyümənin sürətini artırmağa cəhd edirlər, amma Çin hökuməti isə bunun əksinə olaraq böyüməni müəyyən bir dayanıqlı səviyyəyə kimi ləngitmək istəyir. Səbəb isə Çinin tədricən xidmət mənşəli və daxili tələbata ünvanlanmış yeni iqtisadi sistemə tərəf yönəlməsindədir. Elə ona görə də, inkişaf tempinin ləngiməsi bir yandan həm qaçılmaz, digər yandan isə həm də arzuolunmaz bir prosesdir.” ABŞ-ın ”Project Syndicate” analitik-informasiya portalı “Çin iqtisadiyyatının müəmmalı daralması” adlı məqaləsində belə yazır.

Məqalədə daha sonra deyilir:
“Amma çətinliklər o dərəcədə böyükdür ki, aşağıya doğru yumşaq enişin həyata keçə biləcəyinin heç bir əsaslı təminatı yoxdur. Çin iqtisadiyyatının böyüməsi onun ticarət əməkdaşlarının vəziyyətindən asılı olduğuna görə, ixracata yönəlik bu cür iqtisadi modelin effektiv böyüməsi mütləq aşağı düşməlidir. Nəticədə böyük hissəsi ixracata istiqamətlənmış nəhəng infrastruktur investisiyalarının rentabelliyinin azalması qarşısı alınmaz bir proses olacaq. Atmosfer çirklənməsi və müəyyən regionlarda kəskin su çatışmazlığına baxmayaraq, bu nəhəng ölkədəki istehlak həcminin artışı ilə müşahidə edilən inkişaf tempi müvafiq şəkildə həyat şəraitini də yüksəltməlidir.Hətta Çin hakimiyyəti maliyyə təhlükəsizliyi üçün lazım olan pull toplasa da belə, 2008-ci ildə “Lehman Brothers” bankı ilə baş verən iflas kimi bir vəziyyətin yaranması burada çox ciddi təlaşa səbəb ola bilər.

Təsəvvürünüzə gətirin ki, bazar iqtisadiyyatı üçün yumşaq eniş planlaşdırmaq nə qədər çətindir. Pul-kredit siyasətinin sərtləşdirilməsi dövründə heç də az ressesiyalar (iqtisadi geriləmələr) baş verməyib. ABŞ-ın “Federal rezerv sistemi”-nin keçmiş başçısı Alan Qrinspen 1990-cı illərdə infliyasıyanı aşağı salmaqla yanaşı, iqtisadiyyatın böyüməsini də təmin etməyi bacardığına görə onu “maestro” adlandırırdılar. Planlı idarəetmə iqtisadiyyatında böyümə tempinin azaldılmasını həyata keçirmək xeyli mübahisəli görünür. Çin rəsmi olaraq böyümə tempini 7,5% -də saxlamaq istəyir.

Bəs Çinin iqtisadiyatında nə baş verir? Hazırda həmin iqtisadi böyümənin nəzərəçarpacaq səviyyədə ləngiməsi müşahidə edilir. Bir fakt təqdim etmək yerinə düşər ki, məsələn, bu ölkənin elektrik enerjisinə olan təlabatı kəskin sürətdə yavaşımağa başlayıb. 2014-cü ilin ilk səkkiz ayı ərzində elektrikə olan tələbat 4% artıb. Bu artım əvvəlki illərin atımına nisbətən xeyli aşağıdır və belə bir göstərici yalnız axırıncı dəfə 2008-ci ilin dünya maliyyə böhranının ən qaynar çağında qeydə alınmışdı. Çinin elektrik enerjisinə olan ehtiyacı həmişə, hətta onun öz Ümumi Daxili Məhsuluna nisbətən daha sürətlə artırdı. Elektrik enerjisinə olan tələbatın zəifləməsi Çinin kömür sənayesində böhrana səbəb olub və nəticədə bir çox mədənlər faktiki iflasa uğrayıblar. Başqa bir problem isə mənzillərin qiymətinin aşağı düşməsidir. Bu da öz növbəsində şübhəsiz ki, tikinti sektoruna təsir göstərir. Təəssüf ki, Çin statistikası elə də etibarlı deyil və ona görə də orada dəqiq nəyin baş verdiyini tam əminliklə söyləmək çətindir.

Elektrik enejisindən istifadə, böyüməni müəyyənləşdirən əsas indikator sayılır. Ancaq əgər Çin iqtisadiyyatı xidmət sahəsinə doğru yönəlirsə, onda təbii ki, bir çox enerji tutumlu sahələr – məsələn, sement, polad və.s kimi məhsulların istehsalı azalacaq. Yəni bizim qarşımızda Çin iqtisadiyyatının yenidən qurulmasının simptomları da dayanır. Artıq bir məsələ aydındır ki, Çin Kommunist partiyasının 2013-cü ildəki üçüncü plenimunun qərərları, Çin rəhbərliyinin bazar iqtisadiyyatı yönündə islahatlara hazır olduğunu təsdiqləyıb. Çin dövlət başçısı Si Çzinpinin aqressiv şəkildə anti korrupsiya kampaniyasını həyata keçirməsi gələcək iqtisadi liberallaşmaya qarşı ola biləcək siyasi müqavimət ocaqlarının əzilməsinə hazırlıq kimi də qiymətləndirilir. Çin hakimiyyəti korrupsiyanın kəsilməsi, ekoloji problemlərlə mübarizə və bazarın liberallaşması kimi məsələlərlə eyni zamanlı məşğul ollmaqla necə inkişaf tempini saxlayacaq? Əgər Çin iqtisadi cəhətdən böyüməyərək durğunluğa qərq olarsa, onda bu proses bütün dünya iqtisadi tempinin aşağı düşüşünə səbəb olacaq və böhran isə hər tərəfi bürüyəcək.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam