Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Dollar bahalaşacaq

 

 

Qlobal valyuta bazarlarında ABŞ dollarının məzənnəsi bu ilin IV rübündən artmağa başlayacaq

 

Yenixeber.org: Bunun üçün bir sıra önəmli səbəblər var. 

İlk növbədə ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) güclənən ölkə iqtisadiyyatı fonunda uçot dərəcəsini daha sürətlə və iri addımlarla artıra bilər. Bu il artım tempinin 0,25% deyil, 0,5% olacağı proqnozlaşdırır. Son nəticədə dolların məzənnəsi kəskin arta bilər. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vergi islahatları və gömrük rüsumlarının artırılması ilə bağlı qərarları, eləcə də Dodd-Frank qanununun ləğvi ölkədə iqtisadi və qiymət artımlarını sürətləndirəcək. Vergi islahatları ölkəyə investisiya axınına, gömrük rüsumları idxal inflyasiyasına, Dodd-Frank qanununun ləğvi isə kreditləşmənin həcmini artıraraq daxili inflyasiyaya ciddi təkan verəcək. Nəticədə, bu il ABŞ-da uçot dərəcəsi 2,75%-ə yüksələ bilər. Hazırda bu göstərici 1,75% təşkil edir.

Sadalanan səbəblər USD/EUR nisbətinin bu ilin sonuna qədər 1,15-ə, gələn il isə paritet səviyyətə qədər enməsinə gətirib çıxaracaq. 

FED 2019-cu ildə uçot dərəcəsini 3,5%-4%-ə qədər yüksəldə bilər. Bundan sonra ABŞ iqtisadiyyatında sabitlik bərpa oluna, USD/EUR nisbəti 0,95-ə düşə bilər. 

2020-ci ildə sabitləşəcək maliyyə bazarları, 2022-ci ildə növbəti faiz artımı dalğası ilə üzləşəcək. Bu zaman FED-in uçot dərəcəsini 6-8%-ə yüksəldəcəyi gözlənilir. Son nəticədə 1 avro 0,84 dollara bərabər ola bilər. 

Dünya bazarında neftin 1 barelinin qiymətinin 2019-cu ildə 35 dollara, 2022-ci ildə isə 25 dollara düşəcəyini proqnozlaşdırılır. Qızılın 1 unsiyasının qiyməti isə 2019-cu ildə 1 000 dollara, 2022-ci ildə isə 850 dollara düşə bilər. 

Dünya iqtisadiyyatında növbəti əsaslı inkişaf dalğası 2023-cü ildən sonra olacaq. Xatırladaq ki, iqtisadi tsiklları təhlil edən məşhur alim Nikolay Kondratyevin dalğa nəzəriyyəsinə görə isə, iqtisadi durğunluq 18 ilə yaxın davam edir. Qlobal iqtisadi böhranın 2007-ci ildə başladığı nəzərə alınarsa, gerilmə dövrü 2025-ci ildə bitməli, növbəti 25 ilin iqtisadi artım dövrü olmalıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam