Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Yeni vergi siyasəti dolları daha da bahalaşdıracaq -15%

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni vergi siyasəti dünya bazarında dolların 15% möhkəmlənməsi ilə nəticələnə bilər.

Xeberinfo.com:   Bu barədə Almaniyanın "Deutsche Bank"ının hesabatında məlumat verilib.

Bankın analitiklərinin fikrincə, vergitutmada baş verəcək dəyişikliklər ABŞ-da idxal rüsumlarının korporativ vergilər səviyyəsinə yüksəlməsinə, ixrac rüsumlarının isə ləğv edilməsinə səbəb olacaq. Nəticədə, ABŞ-ın dünya ölkələri ilə ticarət münasibətləri dəyişəcək. Bu plan həyata keçirilərsə, dolların məzənnəsi ciddi şəkildə möhkəmlənəcək.

Analitiklər hesab edirlər ki, bu addımlar idxal qiymətlərinin 20% artmasına, o da öz növbəsində ABŞ-da inflyasiyanın 5 faiz bəndi yüksəlməsinə gətirib çıxaracaq. Vergitutma siyasətində dəyişiklik ABŞ-ın xarici ticarət balansında kəsirin ən azı 2 faiz bəndi azalmasına səbəb olacaq. Ticarət balansının yaxşılaşması və rəqabət qabiliyyətinin artması dolların məzənnəsinin möhkəmlənməsi ilə müşayiət olunacaq. Yeni vergilər nəticəsində baş verəcək qiymət dəyişiklikləri ancaq dolalrın 15% möhkəmlənməsi ilə kompensasiya oluna biləcək.

Təbii ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) monetar siyasəti və beynəlxalq ticarət münasibətlərinin dəyişməsi dolların məzənnəsini daha da gücləndirəcək. Təbii ki, vergitutmanın hansı malları və sahələri əhatə edəcəyi hələ məlum deyil.

Qeyd edək ki, əgər ABŞ-ın vergi siyasətində dəyişiklik baş tutarsa, dolların əsas rəqibi sayılan avronun məzənnəsi 0,85 USD/EUR-a geriləyə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam