Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rusiyada dollar sürətlə bahalaşır

rubl dollarRusiyada dolların məzənnəsi dünən, noyabrın 11-də 66 rubl həddini ötüb. Dolların məzənnəsi son dəfə cari ilin avqust ayının 4-də 66 rubldan baha olub.

Xeberinfo.com:  Rublun ucuzlaşmasına ABŞ-dakı prezident seçkilərindən sonra dolların qlobal valyuta bazarında möhkəmlənməsi və neft qiymətlərinin 45 dollar/bareldən aşağı düşməsi amilləri ilə bağlıdır.

Belə ki, seçkilərdə respublikaçı namizəd Donald Trampın qələbə qazanması inkişaf etməkdə olan ölkələrin yerli valyutalarının məzənnəsini kəskin ucuzlaşdırıb. Ümumiyyətlə, azsaylı istisnalar olmaqla, ABŞ dolları dünyanın əksər valyutaları ilə müqayisədə güclənib. Buna səbəb, Trampın proteksionist iqtisadi siyasət tərəfdarı olması və ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmasını dəstəkləməsi göstərilir.

D.Trampın Çin mallarına qarşı tətbiq etməsi gözlənilən əlavə idxal gömrük rüsumları ilə bağlı açıqlaması yuanın son günlər dollarla müqayisədə kəskin ucuzlaşmasına səbəb olub ki, bu amil də bütün dünya valyutalarına, o cümlədən rublun məzənnəsinə mənfi təsir göstərib. Dolların möhkəmlənməsi öz növbəsində neft qiymətlərinin də azalmasına səbəb olub. Qlobal neft hasilatının oktyabrda sürətlə artaraq 97,8 mln. barel/günə yüksəlməsi neft qiymətləri üzərində təzyiqləri daha da artırıb.

Analitiklər FES-in dekabrın 13-14-də keçiriləcək növbəti iclasına qədər dolların möhkəmlənməsi prosesinin davam edəcəyini, neftin isə OPEC-in Vyana sammitindən (30 noyabr) sonra daha da ucuzlaşacağını ehtimal edərək dolların məzənnəsinin 70 RUB/USD həddini aşacağını proqnozlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam