Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bitkoinə maraq azalır- 10 min dollardan aşağı düşdü...

 

Natiq Cəfərli: “Hətta bəzi çox ciddi analitiklər bitkoinin dəyərinin tamamilə sıfırlanması ehtimalından danışırlar”

 

Yenixeber.org: Dünyanın ən populyar kriptovalyutası olan bitkoin yanvar ayı ərzində ikinci dəfə 10 000 dollardan ucuz satılıb. Bu gün səhər saatlarında bitkoinin qiyməti  12% ucuzlaşaraq 9 821 dollar təşkil edib.

Qeyd edək ki, sonuncu dəfə bitkoinin dəyəri yanvarın 17-də 10 000 dollardan ucuz təşkil etmişdi. Bu, bitkoinin qiymətinin bu qədər minimuma endiyi artıq ikinci dəfədir. Digər populyar kriptovalyutalar - Ethereum, Ripple və s. da 10-20% arası dəyər itirib.

Bitkoinin bu cür sürətlə dəyər itirməsini bir çox iqtisadçı ekspertlər öncədən proqnoz etmişdilər. Bəs görəsən, əsas səbəb nədir?

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bitkoinin dəyərinin kəskin artmasının iqtisadi səbəbləri onsuz da yox idi: “Bu qiymət artımı bitkoin ətrafında yaranmış ajiotajdan doğan marağın  nəticəsi idi. Bütün dünyada insanların tez  və daha çox qazanc əldə etmə hissinə  hesablanmış bir bahalaşma idi. Bu bahalaşma təqribən  20 min dollara qədər davam etdi, bir bitkoinin dəyəri  20 min dollara bərabər oldu. Halbuki 2017-ci ilin əvvəlində cəmi 700 dollar idi. Birdən-birə bir neçə dəfə qiymət artımı oldu. Bu da investorlarda bitkoinə qeyri-sağlam bir maraq oyatmışdı. Bitkoinin qiymətinin yüksəlməsi mediada çıxan xəbərlər üzərindən və yaradılmış ajiotaj üzərindən baş tutdu. Heç bir iqtisadi səbəbi, məntiqi izahı yox idi. Sonrada bəzi ölkələrdə bitkoinlə bağlı problemlərin yaranması ilə bağlı bəyanatlar səsləndirildi. Məsələn, ABŞ-ın maliyyə naziri terroristlərin, narkotik alverçilərinin, qeyri-qanuni  pul dövriyyəsində bitkoindən istifadə olunması ilə bağlı açıqlama verdi. Bundan sonra Çin və Cənubi Koreya hökumətləri  elektron pulların hamısına nəzarət mexanizmlərinin  yaradılacağı ilə bağlı bəyanat verdilər. Bəzi birjaları həmin əməliyyatlara qapatdılar. Sonra isə 3 gün öncə dünyanın ən çox koin əməliyyatları aparılan Yaponiyanın elektron ticarət birjası xaker hücumuna məruz qaldı, 500 milyon dollara yaxın müxtəlif koinlər, o cümlədən bitkoin oğurlandı”.

İqtisadçının sözlərinə görə, bu kimi xəbərlər artıq elektron pulun təhlükələrə açıq olmasını sübut etdi və ona  marağın  azalmasına səbəb oldu: “Həmçinin bəzi dövlətlərin  gələcəkdə kriptovalyutaya daha çox nəzarət mexanizmləri işləyib hazırlaması üçün işarə  oldu. Marağın ciddi azalması da növbəti ajiotaj yaşatdı. Bitkoin yatırımçıları öz əllərində olan koinləri satmağa başladılar. Satış dalğası getdikcə gücləndi və bununla paralel koinlərin dəyərdən düşməsi prosesi getdi. Bu gün  artıq bitkoinin dəyəri 10 min dollardan da aşağı düşüb. Əgər dünya mediasında neqativ xəbər axını artacaqsa, bitkoinin  dəyərinin daha da aşağı düşməsi ehtimalı çox yüksəkdir. Hətta bəzi çox ciddi analitiklər bitkoinin dəyərinin tamamilə sıfırlanması ehtimalından danışırlar.  Ola bilər ki, sıfırlanmasın. Ancaq maraqlı bir məlumat da ondan ibarətdir ki, bu koinlərin istehsal olunmasında elektrik enerjisindən istifadə olunur. Bu yaxınlarda Amerika mütəxəssisləri hesablayıblar ki, bitkoinin istehsalında sərf olunan elektrik enerjisi təqribən  600-700 dollar üçün sərf olunan elektrik enerjisi sərfiyyatına bərabərdir. Bununla da hesablayıblar ki, bitkoinin maya  dəyəri təqribən o qədər ola bilər. Ekspertlər bitkoinin təqribən 1000-1500 dollar ətrafında sabitləşə biləcəyini hesablayıblar. Mən də düşünürəm ki, panika  səngiyəndən sonra  bitkoinin dəyəri 1000-1500 dollar civarında sabitləşə bilər”.

N.Cəfərli onu da vurğuladı ki, ümumilikdə  müxtəlif  koinlərin gələcəyinə çox da inam qalmayıb: “Ancaq həmin koinlərin istehsalında və dövriyyəsində istifadə olunan ”blockchain" texnologiyası var ki, bu çox mükəmməl bir texnologiyadır. Gələcəkdə iqtisadiyyatın, idarəetmənin müxtəlif sahələrində bu texnologiyadan  istifadə olunacaq. Hətta Skandinaviya ölkələrində artıq qərar verilib ki, yaxın gələcəkdə proqram təminatı hazırlansın və  “blockchain” texnologiyasına uyğun olaraq əhalinin siyahıya alınması və seçkilərin keçirilməsi məsələsi məsələsi müzakirə olunur. Texnologiyaların özü çox mükəmməldir, ancaq koinlərin özləri gələcəkdə dəyərsiz bir elektron pula çevrilə bilərlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam