Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İsrail bitkoinlə bağlı qərar verdi– Kriptovalyutanın taleyi necə olacaq?

İsrail bitkoinlə bağlı qərar verdi

 

 

İsrailin bazar tənzimləyicisi ISA bitkoinin qiymətində dəyişiklik səbəbindən bütün kriptovalyuta şirkətlərinin fond bazarında əməliyyat aparmasını qadağan etməyə hazırlaşır. Bildirilir ki, bitkoinin qiymətindəki dalğalanma maliyyə şarı təəssüratı yaradır. Belə  qeyri-müəyyənlikdə investorların əməliyyat aparması arzuolunan deyil

 

Yenixeber.org: Xatırladaq ki, bu ay 20.000 dollara yüksələn bitkoin ötən həftənin cümə günü 12 min dollara qədər ucuzlaşıb. Bitkoin 40 faizə qədər dəyərdən düşüb. 

Bu arada, bitkoinin  qlobal kriptovalyuta bazarında bazar payı getdikcə azalır. 2016-cı ilin dekabr ayının 27-də kriptovalyutanın bazar payı 87,94% təşkil edirdisə, bu gün həmin göstərici 44,11%-ə bərabərdir. 

İqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirdi ki,  2009-cu ildə qlobal maliyyə böhranının nəticəsi olaraq 1 ABŞ sent nominal dəyəri ilə tədavülə çıxan bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 14,97 min dollara satılır. Eləcə də, tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunur:

“Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 260 milyard dollar təşkil edən bitkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda spekulyativ tələb və təkliflə bağlıdır. Real bazar dəyəri formalaşanadək ziqzaqvari dəyişikliklər gözləniləndir. Amma, bitkoinin bazar dəyərinin sürətlə, davamlı artması mümkün deyil”. 

Q.İbadoğlu bildirdi ki, bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq:

“Odur ki, bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan bitkoinlə böyük pullarla “oynamaq” təhlükəlidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam