Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Dövlətin və əhalinin kasıblaşması dövrü başlayıb"

 

Azərbaycanın hazırkı iqtisadi və sosial durumunu xarakterizə etmək üçün diqqətinizi 2 məhsula cəlb etmək istərdim. Hesab edirəm ki, bu məhsulların ixrac və idxalının son vəziyyəti bəzi həqiqətlərin üzərinə işıq salmağa kömək edə bilər. 
"Xeberinfo.com":   Hər iki məhsul Azərbaycanda çox populyardır. Onlardan birincisi bir-birindən heç vaxt ayırmadığımız neft-qaz, ikincisi isə minik avtomobilləridir. Neftin ixracatı ölkənin iqtisadi durumunu, minik avtomobillərinin idxalı isə xalqın güzəranını qiymətləndirmək üçün istifadə oluna bilər. 
Odur ki, sizi Dövlət Gömrük Komitəsinin 2015-ci ilin 7 ayı ərzində Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası haqqında məlumatlarla tanış olmağa dəvət edirəm. 
Həmin dövrə açıqlanan göstəricilərdən məlum olur ki, bu ilin 7 ayında Azərbaycandan 6 milyard 485 milyon ABŞ dolları məbləğində təbii qaz, xam neft və neft məhsulları ixrac olunub. 
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə xaricə satılan təbii qaz, xam neft və neft məhsulları 12 milyard 298 milyon ABŞ dolları təşkil edirdi. Bu rəqəmləri müqayisə edəndə məlum olur ki, Azərbaycanın təbii qaz, xam neft və neft məhsulları ixacatı ötən ilə nisbətən 47,3 faiz və ya 5 milyard 813 milyon dollar azalıb.
 
İdxal göstəricilərinə nəzər salanda görürük ki, bu ilin 7 ayında ölkəyə gətirilən minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə azalaraq, 17 345 ədəd təşkil edib.
Göründüyü kimi, hər birimizə yaxşı məlum olan hər iki məhsulun idxal və ixracatında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək azalma qeydə alınıb. 
Bu tendensiya onu təsdiq edir ki, ölkədə iqtisadi və sosial durum pisləşib. Bir tərəfdə neft-qaz qiymətlərinin ucuzlaşmasına görə ölkənin itirdiklərini digər maliyyə qaynaqları ilə əvəz edə bilməyən dövlət kasıblaşır. Digər tərəfdə isə qazandığını daha çox yeyinti və əczaçılıq məhsullarına xərcləyən əhali müflisləşir.
Qubad İbadoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam