Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Qeyri-neft ixracının artırılması üfüqdə görünmür" -EKSPERT ŞƏRHİ

rovshen agayev2016-cı il üzrə Azərbaycanın xarici ticarət statistikası açıqlanıb.

Xeberinfo.com:   Dövlət Gömrük Komitəsainin məlumatına görə, idxalda təxminən 700 mln. dollar (7.6%) azalma var. İdxaldakı azalma əsasən dövlət sektoru ilə bağlı olub – bu sektor üzrə idxalın həcmi 300 mln. dollar ixtisara düşüb.

İqtisadçı Rövşən Ağayev xarici ticarət dövriyyəsi ilə bağlı statistikanı belə şərh edib:

İdxalla bağlı diqqətçəkən başqa bir məqam: minik avtomobillərinin idxalı 4.5 dəfəyədək azalaraq təxminən 23.8 min ədəddən 5 min ədədə enib.
İxrac daha çox azalıb – təxminən 2.3 mlrd. dollar (20%).

İlin yekununa görə, xarici ticarət balansında 610 mln. USD profisit yaranıb. Bu 2007-ci ildən sonra ən aşağı göstəricidi. 2008-2014-cü illərdə xarici ticarət balansının profisti əksər illərdə 10 mlrd. dolların üzərində olub. Yalnız 2015-ci ildə neftin qiymətinin kəskin ucuzlaşmasından sonra həmin göstərici 2.2 mlrd. USD-yə enmişdi.

Qeyri-neft ixracı 1.258 mlrd. USD olub – ümumi ixracın 13.7%-i. Qeyri-neft ixracının həcmi 2015-ə nisbətən 28%-ə yaxın azalıb.

Ağayevin fikrincə, statistikanın analizi göstərir ki, 2016-cı il idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması kimi hədəflər hələ ki, yaxın perspektivdə üfüqdə də görünmür.

“Uzun illər Azərbaycanda makroiqtisadi sabitlik, manatın məzənnəsinin qorunması məhz ticarət balansının iri həcmli profisiti sayəsində mümkün olub. Əmtəə ixracından qazanılan böyük həcmli valyuta vəsaitləri həm ölkənin xidmət balansında, həm də maliyyə hesabında böyük məbləğdə kəsiri qapadırdı.

Hazırkı vəziyyətdə ölkənin ticarət balansının saldosunda profisitin 10 dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib. Nə qədər ki, bu defisit var, valyuta bazarında sabitlik gözləməyin”, ekspert qeyd edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam