Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanın tədiyyə balansında ötən il 1,6 mlrd. dollarlıq profisit yaranıb

 

2017-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 1,6 mlrd. ABŞ dolları təşkil edib

 

Yenixeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, həm neftin 26% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.

Hesabat dövründə cari əməliyyatlar hesabında 1,7 mlrd. dollarlıq profisit yaranıb. O cümlədən neft-qaz sektoru üzrə profisit 7,4 mlrd. dollar (illik müqayisədə 3 mlrd. dollar çox), qeyri-neft sektoru üzrə kəsir isə 5,7 mlrd. dollar (illik müqayisədə 56 mln. dollar az) olub.

CƏB-dəki profisit, əsasən, xarici ticarət balansında profisitin 1,5 dəfə artması, neft-qaz sektoru üzrə ixracın 14% artması, idxalın isə 1,7 dəfə azalması, qeyri-neft xidmətlər balansında kəsirin azalması, o cümlədən turizm xidmətləri üzrə balansın 353 mln. dollar müsbət olması, ilkin gəlirlər balansında kəsirin illik müqayisədə 713 mln. dollar azalması, təkrar gəlirlər balansında 709 mln. dollarlıq profisitin yaranması hesabına təmin edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam