Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gələn il büdcənin 10%-i xarici borcların ödənilməsinə yönəldiləcək

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğlərinin təsdiqləyib.

Xeberinfo.com:   Fins.az-ın məlumatına görə, gələn il daxili dövlət borcu üzrə 61 mln. 163,4 min manat məbləğində ödəniş olunacaq ki, bunun da 40 mln. 158,416 min manatı faiz ödənişlərinin, 21 mln. 4,984 min manatı əsas borc üzrə ödənişlərin payına düşür.

Xarici dövlət borcuna gəlincə, bu maddə üzrə növbəti ildə 1 mlrd. 580 mln. 636,323 min manat məbləğində ödəniş olunacaq. Bunun 1 mlrd. 238 mln. 826,967 min manatı əsas borc üzrə ödənişlər, 341 mln. 809,356 min manatı isə faiz ödənişləridir.

2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 500 mln. manat səviyyəsində təsdiqlənib.

İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 10 mlrd. manat məbləğində təsdiq olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam