Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Mərkəzi Bank bu məlumatı açıqlamalıdır” –Ekspert

680px-Центральный_банк_Республики_Азербайджан

Xeberinfo.com:  Mərkəzi Bankın xarici valyuta öhdəliklərinə bağlı investisiya layihələri və xarici borcların qaytarılması üçün valyuta bazarından kənarda vəsait axtarmasının səbəbi odur ki, qarşıdakı iki ildə hökumətin özünün və dövlət sektoruna aid şirkətlərin kifayət qədər böyük həcmdə valyutaya ehtiyac var, deyə iqtisadçı Rövşən Ağayev hesab edir.

«2016-cı ildə büdcədən dövlət borclarının qaytarılması üçün nəzərdə tutulan vəsaitin 85%-i xarici borc ödənişləri ilə bağlı idi, amma 2017-ci ildə büdcənin borca xidmət xərclərindən 96%-i xarici borcların qaytarılması ilə bağlıdır. 2017-ci ildə dövlət büdcəsindən xarici borcların qaytarılmasına təxminən 1 mlrd USD ayrılmalıdır. Bu, ölkənin səhiyyə büdcəsindən 2.1 dəfə çoxdur”. Ekspertin fikrincə, dünyada öz büdcəsinin təxminən 10%-ni borcun qaytarılmasına xərcləyən ölkələr azdır.

Dövlət investisiyalarının əsas istiqamətlərindən biri Transanadolu boru kəməridir (TANAP). 2017-ci ildə dövlət büdcəsi və Neft Fondu vasitəsilə bu layihəyə təxminən 600 mln USD ayrılacaq. Ekspertin hesablamasına görə, tikintinin başa çatması üçün 2017-2018-ci illərdə 2-2.5 mlrd USD valyuta vəsaiti tapılmasına ehtiyac var.

Rövşən Ağayev iri xarici korporativ borc kimi SOCAR-ın 2017-ci ildə 600 mln USD-yə yaxın öhdəliyini göstərir. Bankların və qeyri-maliyyə şirkətlərinin dövlət zəamnəti ilə alınmayan, amma 2017-ci ildə qaytarılmalı olan borcları var. Bu öhdəlikləri nəzərə alanda, qarşıdakı dövr üçün Mərkəzi Bankın narahatlığını anlamaq olar, deyə iqtisadçı bildirir.

«Heyf ki, AMB ölkənin beyblxalq investisiya mövqeyinə dair məlumatları açıqlamır. Ona görə ölkənin xarici aktivləri və öhdəliklərinin nisbətini aydın görmək, yaxın dövrü daha rahatlıqla proqnozlaşdırmaq mümkün deyil. Belə görünür, bu məlumatı açıqlamaq öhdəliyi olan Mərkəzi Bank durumu “qara qutu”da idarə etməkdə maraqlıdır”, deyə Rövşən Ağayev kinayə ilə bildidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam