Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dollar niyə qıtdır?

dollarAzərbaycanda xarici valyuta alıcıları dollar qıtlığı ilə üzləşib 

Xeberinfo.com:   BBC Azərbaycancaya danışanlar deyir ki, onlar istədikləri miqdarda dollar ala bilmirlər.

Alıcılar ötən həftə sonundan etibarən banklardan xarici valyuta satışına 500 dollara qədər limit qoyulduğunu və səbəbinin onlara izah olunmadığını deyir.

Banklar valyuta qıtlığının səbəbini hərracdan ehtiyac olduğu qədər xarici valyuta ala bilməmələri ilə izah edir.

Mərkəzi Bank isə deyir ki, kommersiya bankları valyuta tələblərini qurumun keçirdiyi hərraclar vasitəsilə ödəyə bilmədikdə, əlavə olaraq banklararası valyuta bazarına müraciət etməklə öz tələblərini ödəyə bilər.

Təhlilçilərə görə isə, bankların dolların satışını dayandırması onların növbəti devalvasiyanın qaçılmaz olduğunu bilmələrindən irəli gəlir.

“Ajiotaj”

Elvira Məmmədovanın dediyinə görə, çalışdığı şirkət üçün demək olar ki, hər gün banklardan bir neçə min dollar pul alırdı. Ötən şənbə günü müraciət etdiyi banklar dolları limitlə satdıqlarını deyiblər.

“Bankdan dedilər ki, limitlədir. 500 dollardan yuxarı satılmır. Səbəb də demədilər, məlumat da vermədilər. Sadəcə dedilər ki, limitlədir və şəxsiyyət vəsiqəsi ilə bu qədər ala bilərsiniz”, Elvira Məmmədova müraciət etdiyi digər bankarda da 300-500 dollar arası limitlə qarşılaşmasını deyir.

O, bu vəziyyətin nə vaxta qədər davam edəcəyi ilə bağlı banklardan da onlara məlumat verilmədiyini bildirir.

Adının çəkilməsini istəməyən azərbaycanlı iş adamı deyir ki, ticarət üçün Çinə yola düşməli idi deyə təcili 10 min dollara ehtiyacı olub. Hər zaman bu məbləği banklardan rahatlıqla aldığını deyən iş adamı təəssüflə qeyd edir ki, “ajiotajdan sonra” banklar ona bu pulu satmaqdan imtina edib.

“Vasitəçilər axtarıb tapdım. Kimin əlində dollar var, amma əlimyandıda manat axtarır, onlarla danışıb aldım”, iş adamı aldığı dolların məzənnəsinin adamın “vicdanına” əsasən ya banklardakı məzənnə ya da ondan bir qədər baha almaq məcburiyyətində qalmasından danışır.

“Qara bazarda dolların kursu indi 1,70 manatdır”, biznesmen əlavə edir.

Alıcılar ötən həftənin şənbə günündən etibarən dolların bankların filiallarında limitlə satıldığını deyirAlıcılar ötən həftənin şənbə günündən etibarən dolların bankların filiallarında limitlə satıldığını deyir

Digər paytaxt sakini Samir Abdulla isə deyir ki, burada əsas problem “fırıldaq banklarındır”. Onun dediyinə görə, bu yaxınlarda o, bankın filialına 2300 avro pul satandan sonra növbədə dayanan müştəriyə xəzinədə avro olmadığını deyiblər.

“Qız məndən sonra gəlib deyir ki, 500 avro pul lazımdır mənə. Heç böyük məbləğ də istəmir. Deyir yoxdur, ancaq faktiki mən ona 2300 avro pul satmışam. Sadəcə banklar satmır”, o deyir. Samir Abdulla bankların müştəridən xarici valyutanı böyük miqdarda aldığı halda onu limitlə satmasını düzgün hesab etməməsindən bəhs edir.

Rabitəbankın xəzinədarlıq departamentinin direktoru Oqtay Qasımovun dediyinə görə, onlarda dolların satışına limit tətbiqinə “hardasa bir həftə olar” başlanılıb. Lakin bu limit yalnız bankla əməkdaşlıq etməyən müştərilərə tətbiq olunur.

“Bizim koorporativ müştərilərimiz olur, hansı ki, idxal-ixrac əməliyyatı, xarici köçürmələri olan müştərilərdir, biz onlara valyutanı tamlıqla, limitsiz satırıq”, bank rəsmisi mövcud vəziyyətin valyuta bazarında tələb və təklifin razılaşdırılmasından asılı olaraq son qoyulacağını deyir.

Seçim

Ekspertlərin fikrincə, valyuta ilə bağlı bazardakı mövcud vəziyyəti aradan qaldırmaq üçün Mərkəzi Bank ya öz valyuta ehtiyatının azalması ilə barışmalı ya da dolların kursunu artırmırsa o zaman onun verdiyi qərar iqtisadi deyil, siyasidir.

3-cü devalvasiya qaçılmazdır, bank hüquqşünası Əkrəm Həsənov deyir3-cü devalvasiya qaçılmazdır, bank hüquqşünası Əkrəm Həsənov deyir

Bank hüquqşünası Əkrəm Həsənov bildirir ki, hazırki vəziyyətdə Mərkəzi Bankın iki seçimi var: ya dollar satışını davam etməli, ya da devalvasiyaya getməlidir.

Hüquqşünas deyir ki, qurumun üçüncü variant kimi “dolları satmaması” qeyri-adi və qanunsuz vəziyyətdir.

“Mərkəzi Bank elan edirsə dolların məzənnəsi budur, bu o deməkdir ki, Mərkəzi Bank həmin məzənnə ilə banklara istənilən qədər dolları satmalıdır. Onu etmirsə, onda sual çıxır, o kursun müəyyən etməyin nə mənası var”, ekspert sual edir.

Mərkəzi Bank BBC Azərbaycancanın suallarını cavablandırmayıb.

“3-cü devalvasiya”

Əkrəm Həsənov hərraca çıxarılan dolların azalmasının səbəbini xarici valyutanın satışını həyata keçirən iki qurum – Dövlət Neft Fondu və Mərkəzi Bank arasında kimin ehtiyatındakı dolların satılması ilə bağlı mübahisənin olmasının təsir etdiyini də istisna etmir.

Mərkəzi Bank bəyan edir ki, qurum banklararası valyuta bazarı ilə birlikdə həftədə iki dəfə hərrac təşkil edir və hərraclarda valyuta satışı Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Dövlət Neft Fondunun çərşənbə axşamı günü yaydığı məlumatda deyilir ki, 50 milyon ABŞ dolları məbləğində vəsait “hərraca çıxarılmış, bu vəsaitdən 46 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılmışdır”.

Cənab Əkrəmovun fikrincə “3-cü devalvasiya qaçılmazdır”.

“Banklar bu gün dollar satmırsa, o demək deyil ki, onlarda dollar yoxdur. Sadəcə onlar anlayır ki, növbəti devalvasiya qaçılmazdır və onlar dolları rəsmi məzənnədən 4 faizi baha və ya ucuzuna sata bilməzlər. Amma qara bazara onu çıxara bilərlər”, cənab Həsənov Mərkəzi Bankın indiki mövqeyinin banklara pulu ayrı yollarla satışa çıxarmağa imkan verməsini açıqlayır.

O fikirləşir ki, xarici valyuta ilə bağlı Azərbaycandakı hazırki vəziyyət təhlükəlidir və “qara bazarın güclənməsinə aparacaq”.

Mərkəzi Bankdan BBC Azərbaycancaya verilən məlumatda deyilir ki, devalvasiya ilə bağlı “şayiələr əsassızdır”. Belə ki, üzən məzənnə rejimində manatın məzənnəsi valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır, məlumatda deyilir.

“Qara bazarın güclənməsinə” gəlincə Mərkəzi Bank buna nəzarətin onun səlahiyyətləri çərçivəsinə daxil olmadığını açıqlayır və daxili valyuta bazarında valyutanın alışı və satışı müvəkkil banklar vasitəsilə həyata keçirilmədiyi halda, “bununla müvafiq dövlət orqanları məşğul olmalıdır” deyir.

Manatın növbəti aylarda ola biləcək məzənnəsinə gəlincə qurum bildirir ki, buna təsir edən fundamental amillər dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər və tədiyyə balansının vəziyyəti, habelə valyuta bazarı subyektləri tərəfindən nümayiş etdirilən davranışlardır.

“Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı kəmiyyət hədəfi yoxdur. Mərkəzi Bankın pul siyasəti hədəfi kimi pul bazasının artım tempi çıxış edir”, qurumun məlumatında deyilir.

Mərkəzi Bankın məlumatına əsasən son iki gündə dolların məzənnəsi 1.6204 manat səviyyəsində müəyyən olunub. Qurumun tələbinə əsasən banklar xarici valyutanı rəsmi məzənnədən maksimum 4 faiz ucuz ala və 4 faiz baha sata bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam