Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda “dollar etirazı”

 

Hazırda Bakıdakı valyutadəyişmə məntəqələrinin qarşısında insanların toplanması-izdiham müşahidə olunur.

Xeberinfo.com:   Toplaşanlar əllərində olan milli valyutanı dollara dəyişmək istəyirlər, amma məntəqələrdə onlara Mərkəzi Bankın qoyduğu limiti əsas gətirərək dollar satmaqdan imtina edirlər.

“28 May” küçəsindəki məntəqələrin əksəriyyəti bağlanıb.

Mövcud vəziyyətdən narazı qalanların isə artıq etiraz səsləri eşidilir: “Dollar,dollar!”. 

* * *

Bakı şəhərinin valyuta məntəqələrində nağd ABŞ dollarının satış məzənnəsi 1,62 – 1,65 AZN/USD-yə yüksəlib.

Günorta saatlarından sonra bazarda dollar qıtlığı ilə üzləşən banklar bunu Azərbaycan Mərkəzi Bankının hərracda valyuta satışına limit tətbiq etməsi və bunun cari tələbi qarşılamaması ilə izah edir.

Bank rəsmilərinin açıqlamasına görə, AMB-nin hərracda satdığı maksimal miqdar artıq son iki iş günündə 80 mln. dollarla məhdudlaşıb. İlin sonu olması səbəbindən bazarda valyutaya olan tələbat artıb və buna görə tələb təklifi daha çox üstələyir.

“Məhz bu səbəbdən dolların satış məzənnəsi artıq 1,65 AZN/USD-yə çatıb. Sabah hərracda alınan valyutanın müştərilərə 1,65 – 1,70 AZN/USD-yə satılacağı ehtimal edilir. Belə davam edərsə, yəni Mərkəzi Bank bayrama qədərki hərraclarda tələbi tam qarşılamazsa, “exchange”lərdə satış məzənnəsi 2,00 AZN/USD-yə qədər arta bilər. Düşünürük ki, bugünkü hərracda tələb tam qarşılansaydı, məzənnə sabit qalar, bazardakı təşviş güclənməzdi” – deyə analitiklər bildiriblər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam