Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

FINDIQ, QOZ, ONLARIN MƏHSULLARI VƏ İXRAC PERSPEKTİVLƏRİ


Xeberinfo.com:  Nazirlər Kabinetinin son müşavirəsində ölkə prezidenti fındıq məhsulu və onun ixrac perspektivləri barədə ətraflı danışdı.Bu yazıda məhz bu məsələyə və eyni zamanda qoz məhsuluna, ümumilikdə fındıq və qozun ölkəmizin iqtisadiyyatına gətirə biləcəyi fayda barədə söhbət açılacaq, onların ixrac perspektivlərinə nəzər yetiriləcək.
     Verilən məlumatlara görə ölkəmizdə 2015-ci ildə 35 min tn fındıq, 11 min tn qoz tədarük edilmişdir, təəssüf ki, bu qəbildən olan şabalıd, fıstıq, badam barədə statistik məlumatlar yoxdur. Keçən il fındıq ixracı 11,5 min tn. təşkil etmişdir ki, bu da valyuta ilə 51 mln.ABŞ $-na bərabərdir. Məhsulun 22 mln.$ həcmində olan hissəsi Avropa Birliyi ölkələrinə ixrac edilmişdir ki, bu da əsasən Almaniya ( 41,8% ), İtaliya ( 41,8% ), Fransa ( 4,5% ), Polşa ( 3,5% ), Niderland ( 0,8% ), Litva ( 0,6 ) və s.ölkələrdir. İkinci ən böyük alıcımız Rusiya Federasiyasıdır, bu ölkəyə 19 mln. ABŞ $ həcmində məhsul ixrac etmişik, daha sonra isə Qazaxıstan gəlir ki, keçən il bu ölkəyə 7,5 mln $ həcmində fındıq satmışıq.Az miqdarda bir sıra ölkələrə də fındıq ixrac olunmuşdur. Avropanın geniş fındıq bazarında ixracımızın xüsusi çəkisi 1,8 % təşkil etmişdir və bu bazarda böyük perspektivlər olduğu göz qabağındadır. Azərbaycan dünya fındıq məhsulunun 75 %-ni verən Türkiyədən və dünya ikincisi olan İtaliyadan sonra bu məhsulun yığım həcminə görə üçüncü yerdədir. Deməli ölkəmiz fındıq tədarük edən lider ölkələr sırasındadır. İxrac etdiyimiz fındıq tədarükümüzün təxminən 1/3-ni təşkil edir, eyni zamanda biz Türkiyə,Özbəkistan,Gürcüstan kimi ölkələrdən fındıq idxal edirik. Ölkədə hazırda fındıq becərilməsinə xüsusi maraq var, yeni fındıq bağları salınır, bu da perspektivdə daha çox məhsul əldə edəcəyimiz anlamına gəlir. Bizim məhsulumuz ekoloji təmizliyinə (becərilmədə gübrələrdən deyil adi peyindən istifadə olunur ) və yağlılıq dərcəsinə görə türk fındığından üstündür ki, bu da rəqabətqabiliyyəti yaradır.Yaxın illərdə ölkədə fındıq tədarükünün 65-70 min tn. olacağı proqnozları verilir. Xam fındıqla yanaşı ölkədə fındıq yağının da istehsalını təşkil etməyin vaxtı çoxdan çatıb, Türkiyə belə bir yağı istehsal edir və istər daxili, istərsə də xarici bazarda uğurla satır. Bir haşiyə, 2012-2015 -ci illərdə müşavir kimi çalışdığım "Azərsun Holdinq" şirkətində bu təklifim şirkətin sahibi tərəfindən dəstəklənsə də, ətrafı tərəfindən həyata keçirilmədi, bu görürsünüzmü o qədər də xeyirli bir biznes növü deyil, maya dəyəri baha olacaq, əhali tərəfindən o qədər də alınmayacaq, Türkiyədə subsidiya hesabına litri təxminən 3 -4$-a satılır , bizdə isə marketlərdə həmin türk mənşəli fındıq yağının 100 qr-ı 3-4 $-a satılır...Müqayisə edin. Bundan əlavə fındıq və qoz qabıqlarını da ixrac etmək olar, məs. Rusiyanın Rostov vilayətində sənayedə istifadə məqsədi ilə onu idxal edən şirkət var, sadəcə araşdırmalar aparmaq, işləmək gərəkdir....Ölkədə 11 min tn. qoz məhsulu tədarükü barədə məlumatlara rast gəlsəm də, onun ixracı barədə statistika görə bilmədim...
      Hüseyn Hüseynov,
          iqtisadçı ekspert.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam