Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İQTİSADİ MODEL AXTARIŞINDA


Xeberinfo.com:    Məlumdur ki , hazırki iqtisadi böhran şəraitində Azərbaycan yeni iqtisadi model axtarışındadır və bu mənada əsas fikir qeyri-neft sektiorunun inkaşıfına yönəlib .Əslində hələ bir neçə il əvvəl ölkə Prezidenti böyük uzaqgörənliklə bu sahənin inkişaf etdirilməsi ilə bağlı Proqramma hazırlanması təşəbbüsünü irəli sürmüş və belə bir layihə hazırlanaraq qəbul da edilmişdi...Təəssüf ki , ölkə höküməti bu proqrqmmanın həyata keçirilməsini əməli tədbirlərlə gərəkli məcraya yönəldə bilmədi...Artıq 2-ci devalvasiyadan sonra böhranın dərinliyi hər kəsə bəlli oldu , Azərbaycan neft ölkəsidir , onun büdcəsi neft gəlirləri hesabına formalaşdırılır...Neft qiymətlərinin isə il ərzondə 3 dəfəyədək enməsi böhranın əsas amili oldu...
      Hazırda böhrandan çıxış yollarının axtarışı və reformalar edilməsi , qeyri-neft sektorunun inkişafı və məhz bu sektorun hesabına on ildən sonra 10mlrd.$ həcmində ixrac məhsullarının istehsalı nəzərdə tutulur ki , bu da indiki büdcəyə bərabər bir rəqəmdir...Lakin düzgün iqtisadi yanaşma , reformalar və böyük zəhmət hesabına bu işin öhdəsindən gəlmək olar...Əsas məsələ deklorativ deyil , əməli reformalar layihələrinin hazırlanması və bəzi sahələrdə , məs.k/t inqilabi tərzdə , yüksək sürətlə , digər , xüsusən sənaye , sahələrində isə addım-addım , tədricən həyata keçirilməlidir ...
       Son 10 ildə ölkədə sahibkarlar 1,7 mlrd.həcmində kreditlər verilmişdir , lakin təəssüf ki , bunun effektli nəticəsini görmürük, halbuki ,uzun müddətə və güzəştli şərtlərlə verilmiş bu həcmdə kreditlərlə çox işlər görmək olardı...
        Hazırda ölkə və xarici ekspertlərin iştirakı ilə yeni Dövlət Proqrammının hazırlanmasına başlanıb , hökümət komissiyası yaradılıb və yaxın zamanlarda 10 -15 illik inkişaf proqrammı tərtib olunmalı və iqtisadi reformalara başlanılmalıdır...Komissiyanın qarşısında duran vəzifə yalnız bu proqrammın hazırlanması deyil , orada qoyulan məsələlərə eyni zamanda cavab verməkdir : nə , harada , nə zaman və necə ? Bu məsələnin əsas çətinliyi ondadır ki , yeni reallıqları anlamaq üçün böhranın köklərini araşdırmaq , hansı sahələri daha zəif olduğunu aydınlaşdırmaq , daha sürətlə həyata keçirələ biləcək reformalardan başlamaq gərəkdir...ingilislər demiş step bay step , addım-addım , tədricən , sadədən -mürəkkəbə...
        Mən ölkəmizin iqtisadi reformalar layihəsonin iki variantını görürəm ...
1-ci variant.Hazırda olan iqtisadi modelin yaranmış böhrana uyğun adaptadiya edilməsi və dövlət nəzarəti ilə əsas maliyyə imkanlarının mərkəzləşmiş formada yeni şəraitə uyğunlaşdırılması və tətbiqi , dövlət yarana biləcək xaotik bazar iqtisadiyyatının tənzimləyicisi və əsas iqtisadi reformaların idarəedicisi kimi...Bu modelin əsas elementləri cəmiyyətdə sosial və siyasi sabitliyin qorunmasına yönəlmə , infiliyasiyanın qarşısının alınması , vergilərin tənzimlənməsi və sairədir...
2-ci variant. Bu variant kiçik , orta sahibkarlara dövlət tərəfindən əməli köməklik göstərərək həqiqi sahibkarlıq təbəqəsinin yaradılması , böyük biznesdə isə yerli və xarici sərməyalərin təşviq edilməsidir ki , bu sahədə hökümət daha əlverişli mühit yaratmalıdır. Bu variant sayəsində dövlətə məxsus bir sıra obyektlər özəlləşdirilir və o biznes sahəsindən təmami ilə aralandırılır , bəzi strateji sahələrdən başqa , bura da əsasən neft və qaz aid ola bilər , lakin bu da müvəqqəti bir hal olmalıdır...
      Yuxarıda göstərilən variantlardan hər hansı birinin tam qəbul edilməsi inkişafda etməkdə olan ölkələrin iqtisadiyyatı üçün heç də hər zaman faydalı olmur , dövlətin səhvərinə görə isə həmişə əziyyət çəkən vergiödəyicisi , yəni sadə vətəndaş cavab verməli , öz pulu , rifahi ilə...Ona görə də yaradılmış Komissiya yüz ölşüb , bir biçməlidir , amma gecikmək də olmaz , vaxt gözləmir...
        Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam