Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Azərbaycan iqtisadiyyatı ildən-ilə daha da güclənir


      Xeberinfo.com:  (10-cu yazı)

Xarici sərmayə üçün Azərbaycan etimad edilən və gələcəyə ümidlə baxan ölkədir.Qeyri -neft sektorunun inkişafını dəstəkləyərək iqtisadiyyatda yenidənqurma dövrünü yaşayan Azərbaycanda hazırda passivləşmiş torpaqlara olan torpaqlara diqqət məsələsi ölkə Prezidenti tərəfindən ön plana çəkilir və bu kənd təssərüfatının yenidən dirçəlməsi sahəsində mühüm addım hesab olunmalıdır. Bu addım ,başda kənd təsərrüfatı olmaqla , ölkənin öz ərzaq ehtiyaclarını ödəməsi məqsədi atılan mühüm addımdır, bu bölgələrdə yeni əkin sahələrinin yaradılması və minlərlə insana iş imkanı yaradacaq layihələrin həyata keçməsi deməkdir. Ölkə Prezidentinin bu təşəbbüsü kənd təssərrüfatı və heyvandarlığın inkişafına yeni impuls , stimul vermək məqsədi güdür və əhali tərəfindən böyük dəstəklə qarşılanacaqdır.
     " Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı"-nın qüvvədə olduğu gündən etibarən dövlət və şəxsi sərmayələrin hesabına iqtisadiyyatın bütün sahələrində dirçəliş görünməkdədir və o hər zaman ölkə Prezidenti tərəfindən dəstəklənmiş və dəstəklənir, onun çıxışlarının birində dediyi " Ölkəyə qoyulan sərmayələr yüksək səviyyədə qorunacaq və öz bəhrəsini verəcək " ifadəsi bunun bariz ifadəsidir. 
     Ötən illər ərzində Azərbaycanda güclü sənaye potensialının yaranmasında çox ciddi irəliləyişlər müşahidə edilir , bu sənayeləşmə prossesi artıq ölkəyə qazanc olaraq geriyə dönür . Əsas məqsəd Azərbaycanı idxal ölkəsindən istehsal və ixrac edən ölkəyə çevirməkdir və ölkə başçısının bu təşəbbüsü təqdirəlayiqdir. Ən vacibi isə odur ki , iqtisadiyyatın bütün sahələri xüsusi dövlət siyasəti ilə dəstəklənir və təminata alınır. Ölkədə bölgələrin iqtisadi potensialının , təbii qaynaqlarının səmərəli şəkildə dəyərləndirilməsi ilə başda kənd təsərrüfatı sahəsi olmaqla qeyri - neft sektorunun canlanması və inkişafı günün , zamanın başlıca amilidir .Bu həm də yeni iş yerləri , xalqın rifahının yüksəlməsi , güzəranının yaxşılaşması , büdcə boşluğunun doldurulması , bir sözlə yeni inkişaf perspektivi deməkdir. Unutmayaq ki , Azərbaycan gənc dövlətdir , iqtisadiyyatımızı inkişaf etdirmək imkanları yalnız son on ildə yaranmışdır və bu tarix baxımından bir andır , deməli irəlidə hələ görəcəyimiz çox işlər var , elliklə əmin olmalıyıq ki , ölkəmiz sürətlə inkişaf edən , bu yolda inamla addımlayan ölkədir.

 

Müəllif: Hüseyn Hüseynov (İqtisadçı Ekspert)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam