Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi qaneedici deyil"

 

İlham Əliyev biznes-forumun yaxşı nəticələr verəcəyinə əminliyini bildirib
Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tədbirdə iştirak ediblər.

"Xeberinfo.com":   Anspress-in AZTV-nin saytına istinadən verdiyi məlumata görə, Prezident Məmnun Hüseyni Azərbaycanda bir daha salamlayan dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, Pakistan Prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərimiz üçün çox məhsuldar olub. “Mən əməkdaşlıq səviyyəsindən çox məmnunam. Dünən ölkələrimiz arasında tərəfdaşlığımız üçün geniş imkanlar yaradacaq mühüm sənədlər imzalandı”, – deyən Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında bəyannamənin əhəmiyyətindən danışıb.
Dövlət başçısı bildirib ki, Pakistan bizim üçün ən yaxın dost və müttəfiq ölkələrdən biridir və bu səfər əməkdaşlığımızın inkişafına yeni töhfə verəcək. “Gözəl siyasi münasibətlərimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”, – deyən Prezident İlham Əliyev bildirib ki, müttəfiqlik münasibətlərindən istifadə edərək, onları ölkələrimizin biznes dairələri arasında əməkdaşlığa çevirməliyik. Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsinin qaneedici olmadığını bildirən dövlət başçısı biznes-forumun yaxşı nəticələr verəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyev qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxal və ixrac potensialını müzakirə etmək baxımından biznes-forumun rolunu qeyd edib.
“Şad olardıq ki, Pakistan şirkətləri Azərbaycanda sərmayə imkanlarını nəzərdən keçirsinlər”, – deyən dövlət başçısı ölkəmizdəki əlverişli sərmayə mühitindən, regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarından danışıb, hər il dövlət sərmayə proqramı qəbul edildikdə, əsasən sosial infrastruktura diqqət yetirildiyini vurğulayıb. Birgə müəssisələrin yaradılması imkanlarından bəhs edən dövlət başçısı iki ölkənin bir-birini BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təsisatlarda dəstəklədiyi kimi, iqtisadi əməkdaşlıq baxımından da bir-birini dəstəkləmələrinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan və Pakistanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən də bəhs edib. “Biz ikitərəfli iqtisadi əməkdaşlığımıza böyük nikbinliklə baxırıq”, – deyən dövlət başçısı Azərbaycan iqtisadiyyatının, o cümlədən, qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini söyləyib, ölkəmizin enerji resurslarından əlavə digər malların ixracında da maraqlı olduğunu bildirib.
Qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Pakistanın dövlət başçısı iki ölkə arasındakı tarixi münasibətlərdən danışıb. “Qürurverici haldır ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir”, – deyən Məmnun Hüseyn əlaqələrimizin inkişaf etdiyini söyləyib. O bildirib ki, ölkəsi əczaçılıq, tibb, idman, müdafiə sənayesi, yüngül və qida sənayeləri məhsullarını Azərbaycan bazarına çıxara bilər.
Azərbaycanın neft və qaz hasilatındakı təcrübəsindən istifadənin ölkəsinə xeyir verəcəyinə əminliyini bildirən Pakistan Prezidenti ölkəmizin iqtisadiyyatının inkişafından məmnunluqla danışıb. Məmnun Hüseyn deyib ki, müxtəlif sahələrdə birgə müəssisələr yaradıla bilər. Pakistan iş adamlarının bu tədbirdə maksimum səmərə əldə edəcəklərinə ümidvar olduğunu bildirən Məmnun Hüseyn ölkəsində yaradılan investisiya mühiti, iqtisadiyyatın inkişafı və gələcəkdə nəzərdə tutulan iqtisadi layihələrdən danışıb. Bildirib ki, Pakistan höküməti Azərbaycan iş adamlarına hər cür şərait yaradacaq və bu forumda qurulacaq biznes əlaqələri hər iki ölkənin iqtisadiyyatının inkişafına töhfələr verəcək.
Biznes-forumda Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam