Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan bu il fındıq ixracını 10% artıracaq

 

 

Azərbaycanın fındıq ixracı üçün əsas hədəfi yenə də İtaliya bazarıdır"

 

Yenixeber.org: Bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. "Hazırda bütün fabriklərdə fındıq satışına hazırlıq görülür. Satışın sentyabrda başlaması nəzərdə tutulur. Ötən il ən çox İtaliyaya fındıq ixrac etmişik. Bu il də əsas hədəfimiz İtaliyadır", - deyə o, qeyd edib.  Assosiasiya sədrinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanın fındıq ixracının həcmi 20 842 ton təşkil edib. 2018-ci ildə bu rəqəm 10% çox olacaq.  "Əməkdaşlıq etdiyimi şirkətləri fındıqla təmin edirik. Hazırda digər potensial namizədlərlə danışıqlarımız gedir. Dünya bazarının 70%-ni fındıqla Türkiyə təmin edir. Onlardan sonra biz təklif verə bilirik. Fındıq adətən avqustun 15-dən sonra yığılır. Bizim təxminimizə görə bu il məhsul yaxşı olmalıdır. Sadəcə Gürcüstanda zərəvericilər yayılıb. Onların bizə gəlmək ehtimalı böyükdür. Məsələni diqqətdə saxlayırıq. Bütün həmsərhəd kəndlərdə monitorinqlər keçiririk. Gürcüstan ötən il məhsulunun 60%-ni buna görə itirib", - deyə İ.Orucov əlavə edib. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam