Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"BLOOMBERG": Manat çətin vəziyyətdədir

"Bloomberg" agentliyi növbəti dəfə manatın zəifləməsi və qarşıdakı problemlərə toxunub.

Xeberinfo.com:   Fins.az agentliyin hazırladığı məqaləni təqdim edir.

“Enerji resurslarına olan qiymətlərin artımı xammal ixracatçısı ölkələrinə müsbət təsir etdiyi şəraitdə, bir pul vahidi axına qarşı üzür. Hətta ötənilki iki devalvasiya nəticəsində ümumilikdə 50%-dən çox ucuzlaşan Azərbaycan manatı hələ də dibi tapmayıb. İyun ayı ilin əvvəlindən etibarən manat üçün ən pis ay olub. Bu ayda neft bazarlarında böhran ən yuxarı həddə idi.

Keçmiş SSRİ ölkələri arasında həcminə görə üçüncü ən böyük neft ixracatçısının valyuta bazarı stabilləşmək bilmir: ölkəyə axan neft dollarları fiziki şəxslərin və bankların ehtiyacını ödəmək üçün kifayət etmir. Maraqlıdır ki, Azərbaycanın Xəzər dənizi üzrə daha böyük qonşuları tamamilə əks problemlə üzləşiblər. Rublun möhkəmlənməsi Rusiya iqtisadiyyatının bərpa sürətini azaldır. Qazaxıstanın Mərkəzi Bankı isə tengenin möhkəmlənməsi fonunda bazardan dollar alır.

«Manatın dayanıqlığının bərpasında əsas maneə əmanətlərin yüksək səviyyəli dollarizasiyasıdır» – ING Groep NV şirkətinin Rusiya və MDB üzrə Moskvada əsas iqtisadçısı Smitriy Polevoy deyib.

Manatın taleyi həmçinin, İran və Venesuela kimi neftdən çox asılı olan ölkələrin çevik valyuta məzənnəsinə keçid riskini göstərir. İran körfəzi ölkələrinə milli valyutalarının dollara bağlılığının aradan qaldırılması təzyiqləri davam etdiyi vaxtda Azərbaycan ötən il manatı sərbəst üzməyə buraxdı, bu da valyuta bazarında təşvişə və manat əmanətlərinin dollara çevrilməsinə gətirib çıxardı.

İyun ayında manat 4 aylıq artımdan sonra dollar qarşısında 3,8% ucuzlaşdı və bu göstəriciyə görə, keçmiş sovet ittifaqı ölkələri valyutaları arasında axırdan ikinci yer tutdu. Rubl isə əksinə, həmin vaxtda 4,3% bahalaşdı. Baxmayaraq ki, neftdə 2009-cu ilin aprel-iyun ayları arasından ən aşağı rüblük artım müşahidə olunub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam