"Birləşmiş Ştatlar neftin qiymətini qaldırmağa məcburdur"
Amerikanın neft şirkətləri cari qiymətlərə tab gətirmir, əksəriyyəti getdikcə müflisləşmə həddində görünür.
Xeberinfo.com: ABŞ şirkətlərinin dirçəlməyi üçün bir barrelin 50-70 dollar qiymətə olmağı lazımdır. Lakin qiymətlər 50 dollarlıq psixoloji qiymətə artıq tam şəkildə yaxınlaşır. Goldman Sachs bankı ikinci rübə neft qıtlığı proqnozlaşdırır ki, bu da qiymətlərə əlavə təkan verə bilər.
ABŞ-da neft şirkətlərinin iflası davam edir. Bloomberg-in yazdığı kimi, bir barrelin 45 dollarlıq qiymət səviyyəsi (son ayda orta qiymət məhz bu cür idi) Amerika neftçilərinin salamat qalmağı üçün yetərsiz oldu.
Agentliyin məlumatına görə, Chaparral Energy Inc., Penn Virginia Corp. and Linn Energy LLC şirkətləri keçən həftə özlərini müflis elan etdi. Onlaırn müflisləşməyə səbəb olan borcları 11 milyard dolları keçir.
Haynes & Boone hüquq firmasının məlumatına görə, Şimali Amerikada ötən ilin başlanğıcından 130 neft-qaz istehsalçısı və xidmət şirkəti müflis olduğunu bəyan edib. Onların ümumi borcu haradasa 44 milyard dollardır. Həm də sözügedən 3 şirkət bu sıraya daxil deyil. Və ən azı, dörd şirkət (o cümlədənBreitburn Energy Partners LP və Sandridge Energy Inc.) 8 milyard dollar borcla maliyyə iflasına yaxındır. Sandridge Energy (borcu — $4,13 milyard) və Breitburn ($3 milyard) kimi şirkətlər hələlik duruş gətirir və kreditorlarla fəal danışıqlar aparır.
Rusiya neft-qaz sənayeçiləri Birliyinin aparıcı eksperti Rüstəm Tankayev deyir ki, Amerikanın, ən azı, 150 şirkəti müflis olub: “Hətta neftin istənilən qiymətinə tab gətirəcəyini bildirən Chesapeak Energy şirkəti apreldə öz aktivlərinin 90 %-i girov qoyub $400 milyon kredit cəlb etdi”.
Bununla belə, Tankayev qeyd edir ki, bank analitikləri bu fikirdədirlər ki, Chesapeakbu krediti qaytara bilməz.
Ekspert həmçinin göstərir ki, problem neft qiymətlərindən daha çox ölçü vahidinin, yəni Amerika dollarının sabitsizliyindədir. Onun möhkəmlənməyi neft hasilatının maya dəyərinin azalmasına aparır, zəifləməyi isə, əksinə (düzdür, dolların zəifləməyi neft qiymətlərinin qalxmasına da səbəb olur).
Neft qiymətlərinin təyini keçən həftənin əvvəlindən tədricən, lakin sabit şəkildə yuxarı gedir və 50 dollarlıq psixolji qiymətə tam şəkildə yaxınlaşır. Bir barrel may bayramlarından sonra 43,5 dollara yaxın idisə, bazar ertəsi Londonda qitələrarası birjada onun qiyməti artıq 49,15 dollar təşkil etdi (+2,68%).
Yeri gəlmişkən, həmin Bloomberg bazar iştirakçılarına isnadən aprelin sonundayazırdı ki, məhz bir barrelə 50 dollar “sehirli qiymət” olacaq və neft şirkətlərinin maliyyə göstəricilərini tarazlaşdırmağa imkan verəcək. Məsələn, qazma qurğularının sayına görə dünya lideri Nabors Industries bildirdi ki, qiymətlər 50 dollaradək və yuxarı qalxsa, əməkdaşlığın genişləndirilməyi haqda müştərilərlə danışıqlar aparacaq. Wood Mackenzie konsaltinq şirkəti o vaxt deyirdi ki, neft bazarının 50 aparıcı oyunçusu bir barrelə 53 dollar qiymət halında ziyan verməkdən qurtulacaq. Goldman Sachs yatırım bankı proqnoz dərc etdi: 2016-cı ilin ikinci rübündə neft bazarı kəsirə məruz qalmağa başlayacaq (yeri gəlmişkən, məhz bu xəbərdən sonra bazar ertəsi neft bu qədər gözəçarpacaq artım sərgilədi).
Reuters-in xəbər verdiyi kimi, GS analitikləri hesab edirlər ki, mayda dayanıqlı tələb fonunda istehsalın enməyi öz rolunu oynadı ki, bu da iyunadək gündə 71 min barrel kəsirə səbəb olacaq. Dördüncü rübdə isə kəsir gündə 417 min barrelə qədər yüksələ bilər.
İstehsalın azalmağı təkcə, məsələn, 2016-cı ildə neft hasilatını gündə 188 min barrel azaltmış Venesuelanın ziyan çəkdiyi aşağı qiymətlərlə bağlı deyil, həm də radikal qruplaşmaların hücumları üzündən neft hasilatının son on ildə minimuma düşdüyü Nigeriyadakı durumla bağlıdır. Ştatlarda hasilat 8,8 milyon barrelədək azalıb, Çin isə 5,6% azaldıb.
“2K” injinirinq şirkətinin direktorlar şurasının sədri İvan Andriyevski göstərir ki, Səudiyyə Ərəbistanı, Rusiya və İranda hasilatın çoxalmasına baxmayaraq, bazarın malla dolu olmağına rəğmən qiymətlər artır.
Eyni zamanda bu yaxınlarda İranın sanksiyaöncəsi hasilat səviyyəsinə (gündə 4 milyon barrel) çıxdığı haqda bu ölkədən gələn məlumat qiymət təyininin artımını dayandıra bilmədi. “Beləliklə, dünyada hasilatın azalması ilə bağlı bütün məlumatları kompensasiya edən İran amili özünü tükətdi. – Andriyevski qeyd edir. – Nərticədə hazırda bazara tədarükdə istənilən fasilə daha kəskin şəkildə qavranacaq”.
Lakin Andriyevskinin sözlərinə görə, neft bazarında yalnız indiki tarazlığın saxlanması şəraitində durum yenə də olduqca kövrək görünür.
Strateq.az