"Neftə təklifin tələb üzərində sallaqlığı ensə, qiymət qalxacaq" -Amerika eksperti
Neft qiymətlərinin təyini yenə bir barrelə görə 100 dollardan yuxarı nişanəyə dönə bilər.
Yenixeber.org: Lakin bunun üçün dünya neft ehtiyatlarının əsaslı şəkildə azalması lazımdır. “Thomson Reuters” şirkətindən Şakil Beqq bu nikbin ssenarini “Газетa.ru”-ya müsahibədə şərh edib. Müsahibəni ixtisarla oxuculara təqdim edirik.
-Cənab Beqq, neft bazarı və qiymətlərə hazırda hansı əsas amillər təsir edir?
-Hazırda bu, hər şeydən əvvəl həm OPEK ölkələrində, həmçinin müstəqil istehsalçılardakı hasilatın həcmi və dinamikasıdır. ABŞ-da neft hasilatının artımı özəl rol oynayır. Hasilatın azaldılması haqda sazişin müddətinin uzadılması barədə qərarla bağlı gözləntilər də təsir edir. Bundan başqa, kürəsəl neft ehtiyatlarının da dəyişməsi mühüm amildir. Həm də OPEK-ə daxil olan və daxil olmayan ölkələrdə. Drayverlər – dünyanın müxtəlif ölkələrində artım tempi və faiz tariflərinin dəyişilməsi cüzi önəmlidir.
-Hazırda dünya bazarında təklif tələbi üstələyirmi? Və dünya ehtiyatlarının səviyyəsi necədir?
-İndi təklif tələbi gündə, təxminən, 1 milyon barrel geridə qoyur – bu, əhəmiyyətli səviyyədir. Kürəsəl neft ehtiyatları da yüksək səviyyədədir, amma gözləyirik ki, ən yaxın aylarda tələbatla təklif arsındakı fərq azalacaq, çünki neft emalı müəssisələrinin xam neftə mövsümi tələbatı çoxalacaq.
-Bəs bazarın tam tarazlaşması, tələbatın təkliflər tənləşməsi üçün nə lazımdır?
-Kürəsəl ehtiyatların azalması və başlıcası, fiziki hasilatın fəal şəkildə azalması lazımdır. Özü də təkcə OPEK ölkələrində deyil. Hazırda şübhə var ki, hasilatın azaldılması haqda keçən ilin noyabrında bağlanmış saziş tam icra olunur. Thomson Reuters-in analitiklərinin hesab etdiyi kimi, sazişi imzalamış ölkələrin əksəriyyətində hasilat buna qədər də rəsmən bəyan edilmiş səviyyədən aşağı ola bilərdi. Yəni saziş sadəcə bəyan edilmiş rəqəmləri gerçək hasilatla uyğunluğa gətirməyə imkan verdi, gerçək azalma isə olmayıb. Tələbat və təklif bərabərləşsə, barrelin qiyməti 100 dollara və daha yuxarı qalxa bilər. Amma anlamaq lazımdır ki, bazarlar gözləntilərə uyğun hərəkət edir. Və qiymətlərin artımı üçün əminlik lazımdır ki, hasilat və dünya ehtiyatları həqiqətən azalacaq. Təklifin tələb üzərində sallaqlığı gündə 500 min barreldən aşağı ensə, qiymət 60 dollardan yuxarı gedəcək. Bizim dəyərləndirməyimizə görə, fərqin bu qədər azalması 2018-ci ildə mümkündür.
-OPEK görüşü üzrə proqnozlar necədir?
-Bizim baza ssenarimiz: hasilatın azaladılması haqda saziş daha yarım ilə uzadılacaq. Bu ən ağlabatan variantdır, amma istisna olunmur ki, müddət böyük olacaq. Həmçinin həqiqətə uyğundur ki, azalmaya noyabr sazişində güzəştlər edilən ölkələr – İran, Liviya və Nigeriya – buna qoşulsa, effektli olmayacaq.
-Amma axı hasilatın azalmasını daim saxlamaq mümkün deyil, gec-tez imtina etmək lazım gələcək. Bu nə vaxt baş verə bilər? O zaman hasilat yüksələndə qiymətlər yenə düşəcək?
-Bu cür ssenari gerçəkdir. Lakin hasilatçı ölkələr dünya tələbatının artacağı ümidilə vaxtı uzatmağa cəhd edir. O vaxt hasilatı azaltmaqdan imtina etmək artıq mənfi təsir göstərməyəcək. Yeri gəlmişkən, bu, baş verə bilər, çünki aşağı qiymətlərin uzun müddət saxlanması tələbata təkan verir.
-Bu yaxınlarda dünyada ən böyük neft treyderi VİTOL bildirib ki, cari durumda Çin, Hindistan və xüsusən də ABŞ sazişə qoşulmayınca bütün bu sazişlərin heç bir mənası yoxdur. Bu xüsusda nə düşünürsünüz?
-Bütövlükdə biz bu baxış nöqtəsi ilə razıyıq. Sazişin ilk yarım ildə qiymətlərə təsiri olduqca cüzi olub. ABŞ ona lap əvvəldən qoşulsaydı, çox ehtimal ki, qiymətlər hər barrelə 60 dolları aşar və ola bilsin, bu hüdudu keçərdi. Və Birləşmiş Ştatlar indi qoşulsa və hasilat gerçəkdən azalmağa başlasa, qiymət təyininin yenə də 100 dollara doğru hərəkətləndiyini görərik. Lakin bu, son dərəcə az ağlabatandır. Amerika bazarında əsas rolu nəzarəti mümkünsüz özəl şirkətlər oynayır.
-Və qiymətlərin səviyyəsi haqda sonuncu sual. 2017-2018-ci illərdə neftin ortaillik qiməti haqda Thomson Reuters-in proqnozu necədir?
– Thomson Reuters-in analitik komandası və sorğuya qatılmış ekspertlər hesab edirlər ki, cari ildə ortaillik qiymət Brent-in bir barrelinə görə 56 dollara, növbəti il isə 60 dollara çata bilər.