Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Gömrük Komitəsinin etirafı və yanlışlığı" - Qubad İbadoğlu

 

 

 
İqtisadçı alim Qubad İbadoğlu bildirib ki, Dövlət Gömrük Komitəsinin (DGK) quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil həm həqiqətin etirafı, həm də yanlışlığın subutu üçün əlavə, özü də rəsmi mənbədən qaynaqlanan əsaslar yaratdı.
 
Xeberinfo.com:   Məlumata görə, Q.İbadoğlu bu barədə facebook sosial şəbəkəsində yazıb: "İlk növbədə DGK bununla özü-özünü təkzib etdi və etiraf olundu ki, güzgü metodologiyası ilə aparılan araşdırmalar nəticəsində fərqlərin əmələ gəlməsinin əsas səbəbi gömrük dəyərinin məqsədli şəkildə aşağı rəsmiləşdirilməsidir. Çünki komitənin açıqladığı cədvəl məlumatlarından görünür ki, bir sıra məhsullar üzrə gömrük dəyəri ilə pərakəndə satış qiyməti arasında ən azı 2 dəfə, ən çoxu 15 dəfəyədək fərq var. Bunu gömrük dəyərinin aşağı rəsmiləşdirilməsi ilə izah etmək olar ki, məhz bu səbəbdən də ayrı-ayrı ölkələr üzrə güzgü metodologiyası üzrə aparılan müqayisəli tədqiqatlarda yol verilə bilən normadan 3-5 dəfə kənarlaşmalar üzrə çıxır. Beləliklə də DGK-nın son məlumatı ekspertlərin dəfələrlə bəyan etdiyi çox vacib həqiqəti aşkarladı və məlum oldu ki, bu səbəbdən azaldılmış gömrük dəyərində hesablanan və aşağı məbləğlə xarakterizə edən gömrük rüsumları, ƏDV, aksizli mallar üzrə aksiz vergisinə görə dövlət büdcəsi hər il 100 milyonlarla manat vəsait itirir. Odur ki, bir daha qeyd etmək istərdim, DGK-nin bu ilin dövlət büdcəsi qarşısındakı öhdəliklərini ən azı 30 faiz artırmaq olar.
 
DGK-nın məlumatında qeyd olunur ki, onlar mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayırlar". 
 
İqtisadçı qeyd edib ki, halbuki bu funksiya İqtisadiyyat Nazırliyinə məxsusdur: "Belə ki, Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli Fərmanında İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə ölkəyə gətirilən istehlak mallarının idxal, topdansatış və pərakəndə satış qiymətlərinin monitorinqini aparsın və onun nəticələrini ümumiləşdirərək rübdə bir dəfə mətbuatda dərc etdirsin. Görünən odur ki, Dövlət Gömrük Komitəsi açıqladığı məlumatla daha bir yalnışlıq edərək İqtisadiyyat Nazirliyinin səlahiyyətlərini mənimsəyib. 
Yekunda idxal və pərakəndə satış qiymətlərinin müqayisəsi metodologiyası ilə bağlı bir qeydi də bölüşmək istərdim. Əslində idxal malının satış qiymətini formalaşdırmaq üçün gömrük dəyərinin üzərinə idxal malına hesablanan gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımları, topdansatış müəssisələri üzrə ƏDV, pərakəndə satış obyektləri üzrə sadələşdirilmiş vergi, hər iki həlqədə əldə edilə bilən mənfəət səviyyəsi, həmin malın anbarlardan mağazaya çatdırılması üçün nəqliyyat xərcləri və aksizli mallar üzrə aksiz vergilərini də əlavə etmək lazımdır. Təbii ki, bu qiymətlər arasında fərqi azaldacaq, amma azalma dəfələrlə deyil, faizlərlə ifadə olunacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam