Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İnhisarçılıq aradan qalxıbsa qiymətlər nədən ucuzlaşmır?"

Qubad İbadoğlu:

 

 

İqtisadçı-alim Qubad İbadoğlu ölkə iqtisadiyyarındakı inhisarçılığın aradan qaldırıldığı barədə iddialara münasibətini açıqlayaraq özünün sosial şəbəkədəki səhifəsində status yazıb.
Xeberinfo.com:   Tanınmış iqtisadçının qeydlərini təqdim edirik:
"Bu haqlı sual son zamanlar çoxlarını düşündürür. Xəbərlər dolaşır ki, gömrükdə inhisarçılıq yığışdırıldı, indi kim hansı malı istəyirsə ölkəyə maneəsiz gətirə bilər. Artıq arada vasitəçilər, gömrük brokerləri də yoxdur. Gətirdiyiniz malı birbaşa özünüz rəsmiləşdirə bilərsiniz. Həqiqətən də bu deyilənlər özünü praktikada təsdiq edir. Bəs onda qiymətlər niyə ucuzlaşmır? 
Məsələ burasındadır ki, gömrükdə dəyişən yalnız prosedurlardır. Belə ki, əvvəlki proseduraya görə, gömrük brokerləri tələb olunan vəsaiti sahibkardan nağd şəkildə alıb, sənədləşdirmə işini onların iştirakı və məlumatı olmadan daxili qaydalarına uyğun olaraq həll edirdisə, indi həmin işi rəsmi şəkildə gömrük məmurları apaırırlar. İndiki prosedur üzrə də sahibkarın hazırkı ödənişləri ilə əvvəlki ödənişləri arasında ciddi fərq yaranmır. Çünki onlar əvvəl qeyri-rəsmi ödədikləri məbləğ qədər vəsaiti indi rəsmi ödəyirlər. Dəyişən odur ki, əvvəllər ödəniş üçün sənədlər əldə edə bilməyən sahibkarlar hazırda bütün növ ödənişlərinin sənədlərini ala bilirlər. Əksinə, hazırda manatın ikinci devalvasiyasından sonra idxalla məşğul olan sahibkarların xərcləri əvvəlkindən çoxdur. Çünki indi bu xərcləri artıran həm də məzənnə fərqindən yaranan itkilərdir. Yəni manatın ucuzlaşması idxalatçıların ziyanına işləyir. Odur ki, gömrükdə inhisarçılığın aradan qaldırılmasının idxal mallarının qiymətinə əhəmiyyətli təsiri hiss olunmur, çünki sahibkarın xərci nəinki azalıb, hətta bir az da artıb".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam