Gömrük Komitəsinin korrupsiya “izahatı”
Vahid Məhərrəmov: «DGK-nın gömrükdə uyğunsuzluqla bağlı gətirdiyi faktları əsaslı arqument saymaq olmaz»
Xeberinfo.com: Gömrüklə aparılan daha bir araşdırma dəhşətli faktları ortaya qoymuşdu. Iqtisadçı ekspert Qubad Ibadoğlunun araşdırması nəticəsində məlum oldu ki, keçən il üçün 3 ölkə ilə ticarətdə gömrükdə gizlədilən vəsait 1.6 milyard dollar təşkil edib. Bu ölkələr Rusiya, Gürcüstan və Türkiyədir.
Q.Ibadoğlu qeyd edib ki, güzgü statistikası metodologiyası üzrə ÿAzərbaycanın 15 tərəfdaş ölkəsi iləÿ 2008-ci ildən başladılan araşdırma bu il dəÿ davam edir. Onu da qeyd edək ki, eyni metodika iləÿ aparılan araşdırmanın bundan ÿəvvəlki nəticələri dəÿ dəhşətli rəqəmləri üzə ÿçıxarmışdı. Məlum olmuşdu ki, son 6 il (2008-2013-cü illər)ÿərzindəÿ15 ölkədən (Almaniya, Belarus, Çin, Macarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Iran, Israil vəÿ Fransadan) Azərbaycana 21 milyard 580 milyon dollar həcmində ÿidxal malları statistik uçotdan yayındırılıb.
Dövlət Gömrük Komitəsi bu araşdırmaya özünəməxsus cavab verib. Rəsmi struktur bəyanatında ortada yaranan fərqi izah etməyə çalışıb. DGK bəyan edir ki, ölkələr arası xarici ticarət əlaqələrinə dair göstəriciləri müqayisə edərkən bir çox amilləri nəzərə almaq lazımdır. Bu məsələ beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi tədqiqat işləri aparılır, amma hələ də vahid praktiki beynəlxalq tövsiyələr bu vaxta qədər tərtib olunmayıb.
“Maraqlı” izahat
DGK-dan verilən verilən məlumata görə, burada malın mənşə ölkəsi, malın təyinat ölkəsinin böyük əhəmiyyəti var. Xarici ticarət statistikasının metodologiyasına uyğun olaraq, idxal-malın mənşə ölkəsi, ixrac-malın təyinat ölkəsi üzrə hesablanır: “Xarici ticarət əlaqələrinin müqayisəli təhlili göstərir ki, dünyanın əksər ölkələrində belə fərqlər mövcuddur. BMT-nin Iqtisadi və Sosial Şurasının 56-cı sessiyasının sənədlərində qeyd olunduğu kimi, 2006-cı ildə MDB ölkələrinin əksəriyyəti və xarici ölkələrlə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Məsələn, ticarət əlaqələrində Almaniya ilə 1.5-3 milyard dollar, Polşa ilə 2-3 milyard dollar, Niderlandla 500 milyon-3 milyard dollar, Italiya ilə 300 milyon-2 milyard dollar fərq yaranıb. ABŞ və Çin arasında mallar üzrə ikitərəfli ticarət statistikasında fərqlərlə bağlı hesabatda qeyd olunur ki, 2000-ci ildə Çinin ixracı ilə ABŞ-ın idxalı arasında 48 milyard, 2004-cü ildə 72 milyard, 2006-cı ildə 84 milyard fərq olub. BMT-nin rəsmi internet saytındakı məlumatların müqayisəsi göstərir ki, artım tendensiyası davam edib, 2013-cü ildə həmin fərq 91 milyarda çatıb. Həmin saytın məlumatına görə, 2013-cü ildə Rusiya Niderlanda 76 milyard dollar həcmində mal ixrac etdiyi halda Niderlanda Rusiyadan idxal 2.9 dəfə az – 26 milyard dollar olub (fərq 50 milyard dollar)”.
“Bir ölkənin ixrac etdiyi mallar digər ölkənin ixracına aid edilir”
Açıqlamada o da vurğulanır ki, dünyada baş verən sürətli qloballaşma və Avropa ölkələri arasında gömrük sərhədlərinin olmaması “Rotterdam effekti”ni – yəni bir ölkənin ixrac etdiyi malların digər ölkənin ixracına aid edilməsini kəskin artırıb. “Yuxarıda qeyd olunanlara baxmayaraq, Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalının onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələrlə birlikdə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırır”, deyə sənəddə vurğulanır.
Ekspert Vahid Məhərrəmov hesab edir ki, DGK-nin gömrükdə uyğunsuzluqla bağlı çox ciddi səhvləri var və izahat kimi gətirilən faktları əsaslı arqument saymaq olmaz. Ölkəyə idxal olunan məhsulun dəyərinin süni şəkildə aşağı endirilməsinin bir fakt olduğunu deyən V.Məhərrəmov vurğuladı ki, bəzən məhsullar, ümumiyyətlə, qeydiyyata alınmır: “Biz qiymətlərin süni şəkildə aşağı endirilməsini ictimailəşdirdikdən sonra, ölkəyə idxal olunan məhsulun həcminə müdaxilə başladı. Nəticədə məhsulun sayı, çəkisi azaldılmağa başladıldı. Bu yollarla vergidən yayınmaya çalışılır”.
Azadliq.info