Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əsas istehsal mallarının bahalığının səbəbi nədir?

 

İqtisadçı alim Qubad İbadoğlu əsas istehlak mallarının bahalı olmasının səbəblərinə dair sosial şəbəkədə status paylaşıb.
"Xeberinfo.com":  Musavat.com-a istinadən həmin statusu təqdim edirik: 
"Dövlət Statistika Komitəsinin ötən il nəşr etdiyi “Xarici ticarət” və “Qiymət statistikası” nərşlərindən istifadə edib, kalkulyasiya və qiymətlərin müqayisəsi metodları ilə apardığım hesablamalar gerçək mənzərənin xeyli acınacaqlı olduğunu aşkara çıxardı. Eyni zamanda təhlillər bir daha göstərdi ki, Azərbaycanın istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialı yüksəkdir. Sadəcə, bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız magazalarda deyil, həm də və əsasən idxal prosesində monitorinqlər aparmalı və ayda bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini hazırlayıb, dövrü mətbuatda nəşr etməlidir. Bu dəfə qiymət bahalaşması mövzusunun aktuallığını nəzərə alaraq onların əvəzinə bu işi görərək, hazırladığım müqayisəli cədvəli sizinlə bölüşürəm. Cədvəldə qirmızı ilə gerçək qiymət, yaşıl rənglə faktiki qiymət, göy rənglə idxalatçının (heç bir qeyri-rəsmi ödəniş etmədiyi halda) qazanc faizi göstərilib. Gerçək qiymətin hesablanması zamanı idxal malına tətbiq edilən gömrük rüsumu, ƏDV və dövriyyədən vergilər, eyni zamanda nəqliyyat və digər xərclər nəzərə alınaraq, mümkün olan bütün rəsmi məsrəflər idxalda rəsmiləşidilən gömrük dəyərinin üzərinə əlavə olunmuş və gerçək qiymət müəyyənləşdirilmişdir. Bindan sonra gerçək, yəni nəzərdə tutulan qiymətlə statistika komitəsinin həmin məhsullar üzrə açıqladığı orta illik qiymət müqayisə edilib. Nəticədə müqayisəli hesablamalar göstərib ki: 
Ölkəyə xaricdən yumurta gətirənlər onun bütün xərclərini ödədikdən sonra 418 faiz, toyuq əti gətirənlər 276 faiz, düyü gətirənlər 253 faiz, sabun gətirənlər 234 faiz, pendir gətirənlər 230 faiz, bitki yagları gətirənlər 196 faiz, mal əti gətirənlər 159 faiz, çay gətirənlər 142 faiz, yuyucu töz gətirənlər 121 faiz, kərə yağı gətirənlər 103 faiz, makaron gətirənlər 97 faiz, şəkər gətirənlər 2 dəfədən çox bahasına satırlar. 
Bu 2 səbəbdən mümkün ola bilər. Birincisi, bu və digər məhsulların idxalı monopoliyadadır, inhisarçılar qiyməti diktə edirlər, ikincisi, gömrük rüşvəti və digər qeyri-rəsmi ödənişlər malın maya dəyərindən dəfələrlə çoxdur, o da son nəticədə məhsulun satış qiymətində maddiləşir və onu bahalaşdırır. Hər 2 halda məsuliyyət İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinın üzrərinə düşür.
Buyurun, cənablar, hesablamalarla tanış olun, əgər həqiqətən də qiymətləri ucuzlaşdırmaq istəryirsinizsə onda monitorinqin ünvanını düzgün seçin ki, istehlakçlara və milli iqtisadiyyata da əməli faydası olsun.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam