ARDNŞ Rusiyadan qaz ixracını azaltdı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin dekabr ayında Supsa limanından 254 min 498 ton (2013-cü ilin dekabrında 242,22 min ton), Ceyhan limanından 2 milyon 194 min 300 ton (1,47 milyon ton) xam neft ixrac edib.
"Xeberinfo.com": Ümumilikdə ötən ilin yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 932 min 155 ton (2013-cü ildə 1,75 milyon ton), Supsa limanından 2 milyon 957 min 390 ton (2,73 milyon ton), Ceyhan limanından isə 20 milyon 483 min 248 ton (2013-cü ildə 19,75 milyon ton) xam neft ixrac edilib.
ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin dekabr ayında 99 ton avtomobil benzini, 106 min 205 ton dizel yanacağı, 20 min 618 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac edib.
Ümumilikdə 2014-cü ilin yanvar-dekabr ayları ərzində 9 min 432 ton avtomobil benzini, 992 min 725 ton dizel yanacağı, 196 min 729 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilib.
2014-cü ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 563,85 dollar, təyyarə yanacağının – 608,02 dollar, dizel yanacağının – 555,23 dollar, 1% kükürdlü mazutun qiyməti isə 323,98 dollar təşkil edib.
Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 62,53 dollara, Urals nefti – 61,53 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 68,43 dollara satılıb.