Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycanın kredit aktivlərininin keyfiyyəti pisləşir"

 

Neftin qiymətinin dəyişməsi və Rusiyada iqtisadi çətinliklər 2015-2016-cı illər üçün bir sıra MDB ölkələrinin suveren reytinqləri üçün neqativ amillər olaraq qalır.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə beynəlxalq reytinq agentliyi “Moody's İnvestors Service”in illik hesabatında deyilir.

“Biz gözləyirik ki, MDB ölkələri üçün mürəkkəb vəziyyət yaxın 12-18 ayda qalacaq”- deyə agentliyin analitiki Ernest Sertenti bildirib.

Agentlik bildirir ki, MDB ölkələrindən Azərbaycan və Qazaxıstanın vəziyyəti nisbətən yaxşıdır. “Moody's İnvestors Service” Azərbaycanın suveren reytinqini Baa3/”stabil”, Qazaxıstanın reytinqini Baa2/”stabil” səviyyəsində saxlayıb, Rusiyanın reytinqini isə Ba1/”neqativ” səviyyəsinə endirib.

Azərbaycan və Qazaxıstanın xarici borclarının ÜDM-ə nisbətdə faizi aşağı olduğundan onların vəziyyəti nisbətən yaxşıdır. Ancaq neftin qiymətlərinin qeyri-müəyyən perspektivləri və geosiyasi vəziyyətin pisləşməsi Azərbaycan və Qazaxıstanın kredit aktivlərinin keyfiyyətini pisləşdirir.

“Neftin qiymətinin qismən artmasına baxmayaraq proqnozlar yaxın gələcəkdə əvvəlki qiymətin bərpa olunmayacağını göstərir. Bu da MDB-nin neft ixrac edən ölkələrinə mənfi təsir göstərir. Bu ölkələr Rusiyadan pul köçürmələrindən xeyli asılıdır və onunla ticarət, maliyyə münasibətlərinə malikdir. Ona görə də proqnoz kədərlidir”- deyə Sertenqi bildirib.

Agentlik MDB ölkələrindən Ermənistan, Belarus, Ukrayna və Rusiyanın barəsində “neqativ” proqnoz verir. Eyni zamanda qeyd edir ki, Azərbaycan və Qazaxıstanın mürəkkəb geosiyasi şəraitdən çıxmaq üçün daha çox imkanları var. Çünki hər iki ölkə iri rezervlərə malikdir və Ukrayna münaqişəsinə cəlb olunmayıblar.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam