Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Manat üzrə kreditlər bahalaşıb

 

2015-ci ilin fevralında Azərbaycan bankları əvvəlki aylarla müqayisədə milli valyutada kreditlər üzrə faiz dərəcələrini artırıb, xarici valyutada isə azaldıblar.

"Xeberinfo.com":  "Trend"-in Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən verdiyi məlumata görə, fevralın sonuna milli valyutada Azərbaycan iqtisadiyyatının bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 14,15 faiz təşkil edib. Bu rəqəm 2014-cü ilin yanvarında 13,71 faizə, fevralda isə 14,47 faizə bərabər olub.

Sərbəst dönərli valyutada (SDV) bank kreditləşməsi üzrə orta dərəcə 13,08 faiz təşkil edib. 2014-cü ilin yanvarında bu göstərici 14,28, fevralında isə 14,32 faiz olub.

2015-cü il in fevralında milli valyutada hüquqi şəxslərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 9,78 faiz olub. Ötən ilin yanvarında və fevralında bu rəqəm müvafiq olaraq 9,74 və 11,46 faiz təşkil edib. SDV-də korporativ müştərilərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 8,89 faiz olub. 2014-cü ilin yanvar və fevralında bu göstərici müvafiq olaraq 9,22 və 10,69 faiz təşkil edib.

2015-cü ilin fevralında milli valyutada fiziki şəxslərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 18,65 faiz olub. Ötən ilin yanvarında bu göstərici 18,59 faiz, fevralında isə 18,21 faiz təşkil edib. SDV-də fərdi müştərilərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 21,75 faiz olub. 2014-cü ilin yanvar və fevral aylarında bu rəqəm müvafiq olaraq 22,27 faiz və 20,38 faiz faiz təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam