Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Faiz dərəcələri aşağı salındı

 

Azərbaycan bankları tərəfindən il ərzində milli və xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcələri aşağı salınıb.   

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin I yarısının yekunlarına həsr edilmiş hesabatında deyilir.   2015-ci il iyun ayında milli valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 13,98 faiz təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 14,05 faiz olub. 2014-cü ilin iyun ayında kreditlər üzrə orta faiz dərəcəsi 14,13 faiz, 2015-ci ilin əvvəlində isə 14,07 faiz olub.  
 İyunda sərbəst konversiya edilən valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 12,47 faiz olub. Ötən ay bu göstərici 12,64 faiz təşkil edib. Ötən ilin iyun ayında orta faiz dərəcəsi 14,84 faiz, 2015-ci ilin əvvəlində isə 14,07 faiz olub.   Hüquqi şəxslərin milli valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 9,89 faiz təşkil edib. Bu göstərici bu ilin may ayında 9,76 faiz, 2014-cü ilin iyun ayında 10,89, 2015-ci ilin əvvəlində isə 9,99 faiz təşkil edib.   İyunda korporativ şəxslərin sərbəst konversiya edilən valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 8,8 faiz təşkil edib.   
Bu göstərici bu ilin may ayında 8,81 faiz, 2014-cü ilin iyun ayında 10,53, 2015-ci ilin əvvəlində isə 9,18 faiz təşkil edib.   İyunda fiziki şəxslərin milli valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 18,22 faiz təşkil edib. Bu göstərici bu ilin may ayında 18,46 faiz, 2014-cü ilin iyun ayında 18,04, 2015-ci ilin əvvəlində isə 18,53 faiz təşkil edib.   
İyunda fərdi şəxslərin sərbəst konversiya edilən valyutada bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 20,58 faiz təşkil edib. Bu göstərici bu ilin may ayında 20,96 faiz, 2014-cü ilin iyun ayında 21,43, 2015-ci ilin əvvəlində isə 21,52 faiz təşkil edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam