Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Xarici valyuta ilə olan kreditlər bahalaşdı

 

Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il iyunun 1-nə, kreditlər üzrə orta faiz dərəcələri ilə bağlı məlumat yayıb

"Xeberinfo.com":   AMB-yə istinadən xəbər verir ki, son bir ayda xarici valyuta ilə kreditlərin bahalaşması müşahidə olunsa da, manatla olan kreditlər üzrə isə ucuzlaşma müşahidə olunub.
Belə ki, bank bildirir ki, son bir ayda xarici valyuta ilə olan kreditlərin orta faiz dərəcəsi 8,31%-dən 8,38%-ə qalxıb. Manatla olan kreditlərin orta faiz dərəcəsi isə 8,82%-dən 8,81%-ə düşüb.
Bundan əlavə, mayda fiziki şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 9,66%, xarici valyuta üzrə isə 9,50% olub.
Hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə manatla 5,95%, xarici valyuta ilə isə 4,03% təşkil edib.
Qeyd edək ki, 2015-ci ilin iyunun 1-nə olan rəqəmlərin eyni ilin martın 1-ə olan göstəricilələ müqayisəsi zamanı aydın olur ki, manatın devalvasiyasından (21 fevral) sonra həm manat, həm da xarici valyuta ilə olan kreditlər üzrə faiz dərəcələri aşağı düşüb.
Belə ki, manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 8,95%-dən 8,81%-ə düşüb. Xarici valyutada olan kreditlər üzrə orta faiz dərəcəsi son dörd ayda 8,73%-dən 8,38%-ə qədər azalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam