Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Futbol hakimlərindən - laktat testi götürülüb

 
Yanvarın 17-dən 19-dək I divizion, 19-dan 21-dək isə Premyer Liqa hakimlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib.
Yenixeber.org: “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçirilən toplanışın əsas hissəsi nəzəri biliklərə həsr olub. Toplanışa rəhbərlik edən Kiros Vassaras hər iki qrup üçün məşqlər keçib. Məşqlər müxtəlif mövqelərdən quraşdırılımış videokameralar vasitəsilə qeydə alınıb. Daha sonra hakimlərin müsbət və mənfi tərəfləri qeydə alınmış videogörüntülər vasitəsi ilə onlara izah olunub.

Toplanış çərçivəsində hakimlər yenidən laktat testi veriblər. Onların sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb. Koordinasiya və stabilizasiya testlərinin ardından hər bir hakimə verilmiş fərdi məşq planının hansı səviyyədə yerinə yetirildiyi, əvvəlki testlə müqayisədə inkişafın olub-olmaması müəyyənləşdirilib.

Qeyd edək ki, laktat testi Taro Netzer və Fritz Stuçlik tərəfindən həyata keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam