Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Real”ın ulduz futbolçusu: "Azərbaycanla oyunu səbrsizliklə gözləyirəm"

“Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı oyunu səbrsizliklə gözləyirəm”.

Yenixeber.org:  Bunu Uels yığmasının kapitanı Qaret Beyl Azərbaycan millisi ilə evdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyununda əvvəl mətbuat konfransında deyib.

İspaniyanın “Real Madrid” klubunda çıxış edən yarımmüdafiəçi üzərlərində təzyiqin olduğunu bildirib: “Qarşıdakı matça köklənmişik. Mütləq qələbə qazanmalıyıq. Son vaxtlar mənə ünvanlanan tənqidlərə qulaq asmıram, heç birini oxumuram. Çox yüksək təzyiq altındayıq. İki məğlubiyyətimiz var. Bundan sonra çalışacağıq ki, bütün görüşlərdə qələbə qazanaq. Cavan oyunçularımızın məsləhətə ehtiyacı olarsa, onlara kömək etməyə hazıram. Hazırda Uelsdə futbol inkişaf etməkdədir. Ona görə də azarkeşlərin marağına səbəb olur. Çox yaxşı mövsümöncəsi hazırlıq keçmişəm. Məşq edərək özümü yaxşı səviyyəyə gətirməyə çalışdım. Söz-söhbətlərə fikir vermədim. Özümü çox yaxşı hiss edirəm. Ölkəm üçün oynamaqdan zövq alıram”.

Qeyd edək ki, sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam