Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Avropa Liqasındakı oyunlar böyük təcrübə oldu -Qurban Qurbanov

 

Bu turnirdəki oyunlar bizim üçün böyük təcrübə oldu. Avropa futbolunun hansı səviyyədə olduğunu gördük, canlı şahidi olduq.

Yenixeber.org xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis futbolçulara təşəkkür edib: "Sonadək ağır mübarizə apardılar, çox güc sərf etdilər. Bizim azərbaycanlı azarkeşlərə də minnətdaram. Komandamızın yanında oldular. Rəqib baş məşqçi Xabi Alonsonu təbrik edirəm. Həm onlara, həm də özümüzə uğurlar arzulayıram".

Təcrübəli baş məşqçi şansdan istifadə etmək istədiklərini bildirib: "Daha çox bu mərhələlərə çıxmalı və təcrübə toplamalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən həddindən artıq hazırlıqlı olmalıyıq. Avropa futboluna, buradakı dinamikaya dözməliyik. Öz üzərimizdə daha çox çalışmalı və işləməliyik. Belə matçlara bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Hər şeyə real baxmalıyıq. "Qarabağ"ın və "Bayer 04"ün futbol səviyyəsində fərq böyükdür. Amma oyunçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün önəmli idi. Bütün klublarımızın səviyyəsini yaxşılaşdırmaq lazımdır. Bir neçə təmsilçimiz turnirlərdə iştirak etsələr, nəticəmiz daha da çox olacaq".

Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda “Bayer 04”ə yenilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam