Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

“Azərbaycandan gələn təklifi qəbul etmədim”

 

“Şərq ölkələrindən təkliflər almışdım. Amma mənə düşən vəzifəni yerinə yetirərək, həmin qəribə təklifləri qəbul etmədim”.

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri seneqallı futbolçu Mbaye Leye deyib.

 

“Sulte-Varegem” klubunda çıxış edən hücumçu maraqlı fikirlər səsləndirib.

 

Belçika mətbuatına geniş müsahibə verən Leye Azərbaycandan təklif aldığını bildirib. Bundan öncə isə o, hazırkı komandasındakı uğurlu çıxışından danışıb: “İlk oyunlarda 6 qol vurub, 2 qol ötürməsi verəcəyimi gözləmirdim. Amma mən özümdən məhz bu cür nəticəni tələb edirdim. “Sulte-Varegem”ə qayıtdığım üçün şadam. Bu müddətdə mənə müxtəlif təkliflər gəldi. Azərbaycan və Çindən təklif alsam da, qəbul etmədim. Karyeramı şərq ölkələrində davam etdirmək fikrim yox idi. Özümü fiziki cəhətdən hazır hesab etdiyimdən, Belçikadan ayrılmamağa qərar verdim”.

 

Qeyd edək ki, fasilələrdə artıq 3-cü dəfə “Sulte-Varegem”in formasını geyinən Leye Belçikanın həmçinin “Gent”, “Standard” və “Lokeren” klublarında çıxış edib. 

 

 Apasport.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam