Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Xəzər Lənkəran”ın yeni transferi: “Məni Dənizli istədi, Mənsimov çağırdı”

 

   

        "xeberinfo.com":Makedoniyalı futbolçu Deyan Blajevski “Xəzər Lənkəran” klubuna keçidindən danışıb. Məlumata görə, 29 yaşlı hücumçu “ağ-yaşıllar”a transferində bu komandada çıxış edən həmyerlisi Nikola Qliqorovun böyük rol oynadığını bildirib.

 

     Blajevski deyib: “Qliqorov zəng edərək, klubun mənimlə maraqlandığını söylədi. Məni “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli öz komandasında görmək istəyib. Klub prezidenti Mais Mənsimov isə Nikolaya deyib ki, məni çağırsın. Bu, karyeramı başa vurmaq fikrində olduğum klubdur”.

 

   Təcrübəli hücumçu mövsümün ikinci yarısında “Xəzər Lənkəran”ın 8-ci pillədən daha irəli getməsinə yardımçı olmalıdır.

 

    Qeyd edək ki, Deyan Blajevski “Xəzər Lənkəran”la 1,5 illik müqavilə bağlayıb. O, daha öncə Makedoniya “Turnovo”sunun heyətində 54 oyuna 39 qol vurub və hazırkı mövsümün ilk yarısında 19 qolla Makedoniya çempionatının bombardiri olub. Nikola Qliqorov isə “ağ-yaşıllar”a 2013-cü ilin yayında qoşulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam