Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“O səfir funksiyasını doğru yerinə yetirmir“

 

"Necə ola bilər, mən millət vəkili olaraq Rusiya əlehinə danışa bilirəm, ancaq bir səfirə bunu qadağan edirlər?!"

“Mən nə edim, çıxım deyim ki, Bakıda senzuraya məruz qalıram? Deyim ki, Bakıda senzura tətbiq edənlər ölkədə senzuranın olmadığını deyirlər? Harasa çıxış etməyə gedəndə mənə dərhal zəng vurub Rusiyanı tənqid etməməyimi xahiş edirlər. Ölkəsi Rusiyanın təcavüzünə məruz qalan bir ölkənin səfiri bəs nə danışmalıdır?” bu sözləri ötən gün Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko demişdir.
"Xeberinfo.com":  Məlumata görə, ölkə.az-a danışan millət vəkili Fazil Mustafa sözügedən məsələyə münasibət bildirib. O, Aleksandr Mişşenkonu səfir funksiyalarını yerinə yetirə bilməməkdə günahlandırıb.
"Əgər o səfirə təkliflər olubsa, mən bunu düzgün hesab etmirəm. Bu o deməkdir ki, istənilən Azərbaycan səfirinə başqa xarici ölkədə Ermənistanla bağlı fikir səsləndirməmək tövsiyyə və yaxud da tələb oluna bilər. Mən daha bilmirəm, o, hansı fakta istinad edərək bunu deyir, amma hər bir səfir öz ölkəsini təmsil edən müstəqil şəxsdir. Əgər o, bu vəzifəni yerinə yetirərkən üzərində senzura hiss edirsə, demək o, səfir funksiyasını doğru yerinə yetirmir.
Rusiya hətta söyləyə bilər ki, niyə Ukraynanın səfirinə bu fikirləri səsləndirməyə imkan verirsiniz. Bunun da çox diplomatik cavabı var. Azərbaycan onun fikirlərinə qarışa bilməz. Bütövlükdə ona başqa ölkə barədə danışmamaq, fikir söyləməmək tapşırığının verilməsini mən real saymıram.
Səfirin bu cür çıxışı açığı məndə təəccüb doğurdu, çünki səfir müstəqil şəxsdir və müstəqil şəxsin belə bir məsələdə bu cür danışması səfir funksiyasını düzgün göstərməməsi deməkdir.
Necə ola bilər, mən millət vəkili olaraq Rusiya əlehinə danışa bilirəm, ancaq bir səfirə bunu qadağan edirlər?! Bu qətiyyən mümkün deyil.
Görünür, səfirin bu cür çıxışına səbəb Ukrayna məsələsinə Azərbaycan ictimaiyyətinin diqqətini çəkməkdir. Azərbaycanın rəsmi mövqeyində Ukraynaya daha ciddi dəstək vermək baxımından hərəkətlilik yaratmaq məqsədi daşıya bilər bu çıxış".
Qeyd edək ki, diplomat bu fikirləri politoloq Elxan Şahinoğlunun “Maydandan Maydana” əsərinin təqdimat mərasimindəki çıxışında səsləndirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam